JOCAP (Joint Operating Company of Absheron Petroleum B.V.) 2024-cü ilin yanvar-fevral aylarında “Abşeron” qaz-kondensat yatağından 300 milyon kubmetr qaz hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Operativ məlumatlara görə, yanvar-fevral aylarında “Abşeron” yatağından 300 milyon kubmetr təbii qaz və 96 min ton kondensat hasil edilib”, - deyə məlumatda bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, 2023-cü ilin iyul ayından JOCAP “Abşeron” yatağından 1,23 milyard kubmetr təbii qaz və 446 min ton kondensat hasil edib.
Xəbər verildiyi kimi, “TotalEnergies” və SOCAR 2023-cü il iyulun 10-da “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanıldığını elan edib. Hazırda hasilat “Abşeron” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində həyata keçirilir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
“Abşeron” layihəsində SOCAR və “TotalEnergies” hər biri 50% iştirak payına malik idi. Lakin 2023-cü il avqustun 4-də Abu Dabi Milli Neft Şirkəti (ADNOC) layihədə 30% iştirak payı (SOCAR və “TotalEnergies”in hər birindən 15% olmaqla) əldə edib. Satınalma tamamlandıqdan sonra SOCAR və “TotalEnergies”in hər birinin iştirak payı 35% təşkil edəcək.
“Abşeron” yatağının işlənməsi ilə “SOCAR Absheron” (50%) və “TOTAL E&P Absheron” (50%) tərəfindən təsis edilmiş “Joint Absheron Petroleum Operating Company” (JOCAP) məşğul olur. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. 2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. İlkin qiymətləndirmələrə görə, yataq 300 milyard kubmetr qaz və 100 milyon ton kondensat ehtiyatına malikdir. Yataq mərhələli şəkildə işlənəcək.
Birinci mərhələdə ildə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Layihə çərçivəsində hasilatın pik həddi ildə 5,5-6 milyard kubmetr təşkil edə bilər.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət