SOCAR şirkəti Türkiyənin neft-kimya sektorunda yeni investisiya layihələrinin icrasını planlaşdırır. Bu barədə olan “SOCAR Turkiyə Enerji” şirkətinin (SOCAR-ın Türkiyədəki törəməsi) baş direktoru Elçin İbadov bəyan edib.
“Biz Türkiyə enerjisi üçün vacib komponentlərdən biri olan neft-kimya sahəsində yeni layihələr hazırlayacağıq. Bilik və təcrübəmizdən istifadə edərək, investisiya alternativlərini qiymətləndirdiyimiz baş plan üzərində işləyirik. Çalışırıq ki, alternativin müəyyən edilməsi və onun həyata keçirilməsi üçün yaxın aylarda işə başlayaq. Bu da ölkələrimiz üçün ən dəqiq və effektiv töhfə verəcək”, - Türkiyənin “Dünya” nəşri İbadovun sözlərindən sitat gətirir.
“İnterfaks-Azərbaycan” İbadovun sözlərinə istinadən qeyd edir ki, SOCAR 15 il ərzində Türkiyədəki layihələrə ümumilikdə$18,3 milyardinvestisiya yatırıb
«SOCAR Turkiye” “yol xəritəsi”nə uyğun olaraq gələcəkdə neft emalı və neft kimyasından ibarət əsas fəaliyyət növlərinə strateji investisiyalar hesabına öz istehsal gücünü, kommersiya və əməliyyat səlahiyyətlərini ən yüksək standartlara çatdıracaq», - İbadov vurğulayıb.
O əlavə edib ki, neft-kimya məhsullarının beynəlxalq ticarəti, elektrik enerjisi və təbii qaz ixracının artırılması, logistika və saxlama sistemlərinin etibarlılığının artırılmasına sərmayə qoyulması, həmçinin aviasiya yanacağı ilə davamlı əməliyyatlar kimi artım layihələri şirkətin «gündəliyindədir».
Şirkətin Türkiyənin qaz sahəsindəki fəaliyyətinə toxunan İbadov qeyd edib ki, “SOCAR Türkiyə Enerji” artıq qaz tədarükünün fasizləsiz və səmərəliliyini təmin etmək üçün işlədiyi Türkiyə əyalətlərində yeni investisiyalara diqqət yönəltmək niyyətindədir.
"Biz müştərilərimizin ehtiyaclarını nəzərə alaraq paylama şəbəkələrinin genişləndirilməsi hesabına bu sahədə fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq. Əvvəlki kimi, davamlı inkişaf əsas istiqamətlərimizdən biri olaraq qalacaq. Bütöv strategiya sayəsində biz enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələrin sayını artıracağıq, həmçinin Türkiyədə ekoloji cəhətdən təmiz məhsulların hazırlanması yolu ilə dekarbonizasiyanı sürətləndirəcəyik. Rəqəmsal transformasiyaya istiqmətimizə uyğun olaraq biz həmçinin modernləşdirmə və optimallaşdırma (müəssisələrin - İF) səylərini davam etdiririk", - İbadov bildirib.
O əlavə edib ki, şirkət insan resurslarının inkişafını dəstəkləməyə və bu sahədə yeni təcrübələr tətbiq etməyə davam edəcək.
“SOCAR Turkiye Enerji” 2006-cı ilin sonunda Türkiyədə neft emalı, neft-kimya və təbii qaz ticarəti sahəsində investisiya layihələrinin həyata keçirilməsi məqsədilə yaradılıb.
Şirkət “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “STAR” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının inşasını həyata keçirmiş şirkət, həmçinin daxili bazara da qaz tədarük edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət