Azərbaycan 2024-cü ilin yanvar ayında 6 min 826,12 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 2,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $6 milyon 515,17 min (artım 2,6 dəfə) təşkil edib.
İdxalın əsas həcmi - $3 milyon 381,94 min dəyərində (artım 35,8%) 3 min 620,71 ton (artım 47,2%) Rusiyanın, qalan həcm isə Yunanıstan ($1 milyon 133,37 min dəyərində 1 min 111,14 ton), BƏƏ ($697,45 min dəyərində 782,77 ton), Rumıniya ($602,78 min dəyərində 568,76 ton), Belarus ($447,74 min dəyərində 492,8 ton) və Bolqarıstanın ($252,43 min dəyərində 249,93 ton) payına düşüb.
2024-cü ilin yanvar ayında Azərbaycana $130,42 min dəyərində 106,38 ton “Super Euro-98” markalı benzin idxal edilib. Tədarükün bütün həcmi Rumıniyanın payına düşüb.
2023-cü ildə Azərbaycan $83 milyon 183,27 min dəyərində (azalma 18,9%) 86 min 36,95 ton “Premium Euro-95” markalı avtomobil benzini (azalma 13,5%) idxal edib.
2023-cü ildə Azərbaycana $2 milyon 451,7 min dəyərində (artım 19,5%) 2 min 31,38 ton (artım 21,6%) “Super Euro-98” markalı avtomobil benzini idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət