Bolqarıstan prezidenti Rumen Radev qazlaşdırılmasında Azərbaycanın iştirakında maraqlı olduğunu bildirib.
Yanvarın 9-da Bolqarıstan prezidenti Rumen Radev Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilir.
“R.Radev bu yaxınlarda Bakıdan Sofiyaya birbaşa hava xəttinin açılması ilə bağlı (16 yanvar 2018-ci il tarixindən - İF) prezident İlham Əliyevə minnətdarlığını bildirərib”, - məlumatda deyilir.
İ.Əliyev öz növbəsində, yeni açılmış Bakı-Sofiya hava xəttinin Azərbaycan-Bolqarıstan əməkdaşlığının daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
“R.Radev “Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bunun Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini və bu layihədə Azərbaycanın həlledici rolunu xüsusi vurğulayıb, Azərbaycanın Bolqarıstanın qazlaşdırılması işində iştirakında ölkəsinin maraqlı olduğunu qeyd edib”, - məlumatda bildirilir.
İ.Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla davam etdirilir, bu il TANAP layihəsinin başa çatması gözlənilir və yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaq.
“Söhbət zamanı R.Radev Azərbaycan prezidentini Bolqarıstana rəsmi səfərə dəvət edib”, - məlumatda vurğulanır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət