Belqrad Serbiyada dəmir yolu infrastrukturunun təmirində Azərbaycandan investorların və “Azərbaycan Dəmir Yolları” QSC-nin iştirakına ümid edir. Bunu Serbiya prezidenti Aleksandr Vuçiç bu gün keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə bildirib.
“Azərbaycanla Serbiya arasında iqtisadi əlaqələr siyasi münasibətlərdən fərqli olaraq aşağı səviyyədədir. Mən azərbaycanlı investorları Serbiyaya dəvət edirəm”, - A.Vuçiç bəyan edib.
Eyni zamanda Serbiya lideri təsdiq edib ki, daşınmaz əmlak, otel biznesi, kimya sənayesi və energetika sektorunun inkişafına vəsait yatıran xarici investorlar vergidən azad olunacaq, həmçinin hər işlə təmin olunan şəxsə görə subsidiyalar əldə edəcəklər.
“Biz istəyirik ki, Serbiyaya gələn investorlar pul qazansınlar və uzun zaman burada qalsınlar. Düşünürəm ki, prezident İlham Əliyevin Serbiyaya səfərindən sonra bu istiqamətdə irəliləyiş olacaq”, - A.Vuçiç vurğulayıb.
Bundan əlavə, o, Serbiyanın qaz və yolların tikintisi sahələrində infrastruktur layihələrin reallaşdırılmasında maraqlı olduğnu deyib. O cümlədən, A.Vuçiç ADY-ni Serbiyada dəmir yollarının təmirində iştiraka dəvət edib.
“İndiyədək “Rusiya Dəmir Yolları” bu işlə məşğul olub. Serbiyanın dəmir yollarının təmirə ehtiyacı var. Əgər siz rəqabətədavamlı və “Azvirt” kimi yaxşı şirkətsinizsə, o zaman Serbiyaya səfər edərək dəmir yollarının təmirində iştirak edə bilərsiniz”, - prezident qeyd edib. **
B.Rüstəmbəyov
Türkiyə Azərbaycan və Türkmənistanla sammitin keçiriləcəyinin anonsunu verib
KİV: Bayramov yaxın günlərdə İrana səfər edəcək
Həsənov hərbçilərə revanşist qüvvələrin təxribatlarının qarşısını almağı tapşırıb
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı cüzi artıb
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı cüzi artıb
Eyvazov: “Son 19 ildə Azərbaycanda 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”
“Təmiz Şəhər” Qarabağ və Şərqi Zəngəzurda bərk tullantıların idarə edilməsini həyata keçirəcək
Baş plan: Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisi 237 hektar təşkil edəcək
Prezident Əliyevə Kəlbəcər şəhərinin baş planı təqdim edilib
Klaar: Aİ Cənubi Qafqazda davamlı sülh üzrə addımları dəstəkləyəcək
Xəzəryanı ölkələrin dövlət başçılarının VII Zirvə Toplantısı İranda keçiriləcək
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Pulsuz Yelo kart kampaniyası uzadıldı
Bakcell abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı
“Bank Respublika”nın dəstəyilə şəhid ailə üzvləri və qazilər Şuşada oldular
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq