Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi cəbhəyanı Ağdam rayonunda Muğam Mərkəzinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bu, Azərbaycanda açılan sayca dördüncü Muğam Mərkəzidir. 2008-ci ildə Bakıda və Ağcabədi, 2010-cu ildə isə Fizulidə analoji mərkəzlər istifadəyə verilib.
Həmçinin, İ.Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak edib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradovməlumat verib ki, burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.
“Azərxalça”nın Ağdam filialında müxtəlif ölçülü 43 dəzgahda xalçalar toxunacaq.
Prezident səfər çərçivəsində həmçinin Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Əsmər Hüseynovaya məxsus 4 hektar pay torpağında əkilmiş pambıq sahəsi ilə tanış olub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və fermer Ə.Hüseynovaqeyd ediblər ki, fermer təsərrüfatında 70 hektar sahədə pambıq əkilib və 253 ton məhsul götürülüb.
İ.Əliyevə məlumat verilib ki, bu il Ağcabədi rayonunda 10 min hektar sahədə “ağ qızıl” becərilib.“Ağ qızıl” ustalarıqarşısında 25 min tondan artıq pambıq istehsal etmək hədəf qoyulub. **
R.Babayev
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət