Azərbaycan 2018-ci ilin yanvar-sentyabr aylarında $34 mln. 634,39 min dəyərində 45 min 990,6 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 45 min 990,6 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal olunub. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində isə respublikaya $23 mln. 637,64 min məbləğində 36 min 879,54 ton benzin idxal olunub. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında “AI-95” markalı benzinin Azərbaycana idxal həcmi miqdar ifadəsində 24,7%, dəyər ifadəsində 46,5% artıb», - deyə məlumatda bildirilir.
Eyni zamanda, Rusiyadan $19 mln. 983,6 min dəyərində 27 min 803,13 ton (miqdar ifadəsində 28,8 dəfə, dəyərr ifadəsində 31,5 dəfə artım), Bolqarıstandan $3 mln. 577,37 min dəyərində 4 min 449,47 ton, Rumıniyadan $11 mln. 73,42 min dəyərində 13 min 738 ton “AI-95” markalı benzin idxal olunub.
Bundan başqa, hesabat dövründə ölkəyə $652,07 min dəyərində 642,06 ton «Super Euro-98» markalı benzin idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində azalma 41,6%, dəyər ifadəsində artım 10,8% təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında “AI-98” markalı benzinin əsas idxal həcmi Belarusun ($542,77 min dəyərində 628,45 ton), qalan həcm isə Almaniya, Böyük Britaniya və Fransanın payına düşüb.
Eyni zamanda, iyul-sentyabr aylarında ölkəyə «Super Euro-98» markalı benzin idxal olunmayıb.
1 aprel 2014-cü il tarixindən Azərbaycana «Premium Euro-95» və «Super Euro-98» markalı benzin idxalına başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95”in pərakəndə satış qiyməti 1,5 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,6 manat təşkil edir. **
N.Abbasova
Azərbaycan prezidenti və I vitse-prezident Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
Cabbarov Simonyana: İrəvanın mərkəzində kimin abidələrinin ucaldılması barədə düşünün
Azərbaycan prezidenti Şamaxıda səfərdədir
Prezident Əliyev: Naftalan beynəlxalq kurort mərkəzi olmalıdır
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 500 nəfəri ötüb
Deputat Kalaşnikov: Ermənistan Rusiyadan digər ölkələrə tədarük olunmayan silah alır
2020 AccessBank üçün mənfəət ilidir
Azərbaycanın sığorta sektoru: kəmiyyət inkişafından keyfiyyət inkişafına keçid
Bank VTB (Azərbaycan)-ın kollektivi ağacəkmə aksiyasına qoşulub
Dövlət Gömrük Komitəsi və “Caspian European Club” B2G Forum təşkil edib
“Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açdı
Gələn ilin yazında Azərbaycanda II Argus Neft Sammiti keçiriləcək
Dekabrda Bakıda IV “İnnovasiyalar zamanı 2019” Forumu keçiriləcək