Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 11,75%-dən 11,25%-dək aşağı həddi - 7,75%-dən 7,25%-dək azaldılıb.
Mərkəzi Bank bu il uçot dərəcəsini 4 dəfə azaldıb. Uçot dərəcəsi fevralın 12-də 15%-dən 13%-ə, aprelin 9-da 13%-dən 11%-ə, iyunun 14-də 11%-dən 10%-ə, oktyabrın 30-da 10%-dən 9,75%-ə endirilib.
Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-də uçot dərəcəsinin 9,75%-dən 9,25%-dək azaldılmasına dair qərar qəbul edib. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
“Son iki ay ərzində neftin qiymətinin stabilləşməsi, inflyasiyanın aşağı səviyyədə olması və stabil makroiqtisadi vəziyyət uçot dərəcəsinin 9,75%-dən 9,25%-dək azalmasına səbəb olub”, - E.Rüstəmov bildirib.
E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin parametrlərinə dair qərarlar bundan sonra da inflyasiyanın faktiki və proqnozlaşdırılan səviyyəsi, həmçinin risk ssenarilərinin reallaşmasından asılı olaraq qəbul olunacaq.
“İnflyasiya riskləri bir qədər azalıb, bu, monetar siyasətin normallaşmasını davam etdirməyə imkan yaradacaq. Eyni zamanda, bir sıra daxili və xarici inflyasiya amilləri və risklərini nəzərə alaraq, pul siyasətinin antiinflyasiya xarakterini qoruyub saxlamağı üstün tuturuq”, - o bildirib.
Bankın sədri əlavə edib ki, AMB gələn dəfə uçot dərəcəsini martın 15-də iclasda təkrar nəzərdən keçirəcək.
E.Rüstəmov vurğulayıb ki, uçot dərəcəsinin azalması bankların kreditlər və depozitlər üzrə dərəcələrinə güclü təsir etmir.
“AMB-nin ölkənin banklarında kredit portfelinin həcmi cəmi 400 mln. manata yaxın təşkil edir. Bu, bankların kredit siyasətinə təzyiq göstərmək üçün kifayət deyil. Bu səbəbdən, uçot dərəcəsinin azaldılması bankların kreditlər və depozitlər üzrə dərəcələrinə güclü təsir etmir”, - bankın sədri bəyan edib.
Mərkəzi Bank 2018-ci ildə uçot dərəcəsini 4 dəfə azaldıb. Uçot dərəcəsi fevralın 12-də 15%-dən 13%-ə, aprelin 9-da 13%-dən 11%-ə, iyunun 14-də 11%-dən 10%-ə, oktyabrın 30-da 10%-dən 9,75%-ə endirilib.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət