SOCAR şirkəti (ARDNŞ) 2018-2019-cu illərdə İtaliyaya 15,9 milyon ton neft nəql edib. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
“Azərbaycanla İtaliya arasında əməkdaşlıq ilk növbədə enerji sektoruna əsaslanır. Azərbaycan İtaliyanın neft üzrə əsas təchizatçılarından biridir. SOCAR tərəfindən son iki ildə İtaliya istiqamətində Azərbaycan mənşəli 15,9 milyon ton xam neft, 189 min ton neft məhsulları və 43,7 min ton neft-kimya məhsullarının təchiz edilib”, - Şahbazov Romada Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında bildirib.
Nazilriyin mətbuat xidməti Pərviz Şahbazovun çıxışını dərc edib.
TAP-ın əhəmiyyətindən danışan nazir bildirib ki, layihə üzrə işlərin, 90%-dən çox icrası İtaliya hökumətinin layihəyə dəstəyinin göstəricisidir.
“İnanırıq ki, birgə səylərimiz TAP layihəsinin vaxtında başa çatmasını təmin edəcək. Təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji ilə təminat, eləcə də dekarbonizasiya kimi məsələlərin həllinə də töhfə veriləcək. Bu il Cənub Qaz Dəhlizi istismara veriləcək və bu, ölkələrimiz, tərəfdaşlarımız, Avropanın enerji təhlükəsizliyinin təminatı üçün strateji əhəmiyyətə malikdir”, - Şahbazov bildirib.
Həmçinin nazir məlumat verib ki, 2019-cu ilin 9 ayının yekunları üzrə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 10,5% artıb.
Azərbaycanda 113 İtaliya şirkəti qeydiyyatdan keçib. “İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dolları, Azərbaycandan isə İtaliyaya 1,7 milyard ABŞ dolları investisiya yatırılıb”, - o qeyd edib.
Nazir həmçinin İtaliya şirkətlərini ölkəmizdə mövcud olan iqtisadi imkanlardan faydalanmağa, enerji ilə yanaşı, qeyri-neft sektoru, yeni texnologiyalar, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət istiqamətləri üzrə əməkdaşlıqda iştiraka dəvət edib.
Məlumata görə, həmçinin Şahbazov dəfər çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici di Maio, iqtisadi inkişaf naziri Stefano Patuanelli və Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano ilə görüşüb. “Tərəflər siyasi-iqtisadi əlaqələrin genişləndirilməsi üçün həyata keçiriləcək tədbirləri və TAP layihəsi ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır **
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Layihə 4,5 milyard avro həcmində qiymətləndirilir.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $38 mlrd.-dır.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin iyun ayından başlanılıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət