Azərbaycan 2019-cu ilin yanvar-noyabr aylarında $37 milyon 450,22 min dəyərində 49 min 100,12 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Rusiyadan $18 milyon 16,09 min dəyərində 22 min 408,95 ton, Rumıniyadan $19 milyon 42,61 min dəyərində 26 min 247,53 ton “Premium Euro-95” markalı benzin, qalan həcm İran və Yunanıstandan idxal edilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana $1 milyon 645,47 min dəyərində 1 min 860,8 ton «Super Euro-98» markalı avtomobil benzini idxal olunub. $1 milyon 219,71 min dəyərində 1 min 375,9 ton benzin Belarusdan, $425,77 min dəyərində 484,9 min ton benzin isə Rusiyadan idxal edilib.
Xəbər verildiyi kimi, Azərbaycan 2018-ci ildə $44 milyon 75,58 min dəyərində 57 min 718,71 ton «Premium Euro-95» və $1 milyon 69,59 min dəyərində 1 min 104,11 ton «Super Euro-98» markalı benzin idxal edib.
«Premium Euro-95» və «Super Euro-98» markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin litri 1,5 manat, “Super Euro-98” markalı benzinin litri isə 1,6 manat təşkil edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət