Rəsmi Bakı Fransadan Azərbaycanın Parisdəki diplomatik missiyasının binalarının mühafizəsinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini istəyib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
İyulun 15-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib.
Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov Ermənistan silahlı qüvvələrinin iyul ayının 12-də artilleriya və ağır silahlardan istifadə etməklə Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində hücumlara başladığını və onun nəticəsində 1 general da daxil olmaqla 11 Azərbaycan hərbçisinin və 1 mülki şəxsin həlak olduğunu diqqətə çatdırıb. Hücumları dəf etmək və atəş nöqtələrini ləğv etmək məqsədilə Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində çoxsaylı itkilər verən Ermənistan silahlı qüvvələrinin geri oturdulduğunu bildirib.
Nazir müavini qeyd edib ki, bu təcavüz aktını törətməkdə məqsəd Azərbaycan ərazilərində yeni mövqeləri ələ keçirməklə işğalın əhatəsini genişləndirərək sərhəd zonasında yaşayan mülki əhalini məcburi köçkün vəziyyətinə salmaqdır.
O, Ermənistan hakimiyyətinin bu avantürist təxribatının alınmadığından narahat olan Fransadakı, xüsusilə Parisdəki erməni havadarlarının Azərbaycana qarşı düşmənçiliklərini gizlədə bilmədiklərini qeyd edib. “Belə ki, təşkil edilmiş radikal qrupların iyul ayının 13-dən 14-nə keçən gecə (Fransanın milli bayramı günü, saat 2-3 radələrində) Azərbaycan səfirliyinə və Mədəniyyət Mərkəzinə hücumlar təşkil edib və səfirliyimizin binasına qarşı vandal aktı törədiblər”, - deyə X.Xələfov vurğulayıb.
X.Xələfov baş vermiş insidentlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Fransa tərəfinə qəti etiraz etdiyini, bu vandalizm aktının araşdırılmasını, törədənlərin hərəkətinə hüquqi qiymət verilməsini tələb etdiyini diqqətə çatdırıb. O, Fransa Hökuməti tərəfindən Azərbaycanın Parisdəki diplomatik missiyasının binalarının mühafizəsinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini istəyib.
X.Xələfov, Azərbaycan tərəfinin Fransadan Minsk qrupunun həmsədri olaraq münaqişənin həlli istiqamətində real addımlar atılmasını, eləcə də Fransanın seçkili orqanlarının bəzi nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “qurumu” təşviq edən hər hansı fəaliyyətinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görməsini gözlədiyimizi bildirib.
Nazir müavini, baş verənlərin bir daha ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini şübhə altına aldığını və Minsk qrupunun rolunu və fəaliyyətini sual altına qoyduğunu vurğulayıb. O, Azərbaycan ictimaiyyətində Minsk qrupunun fəaliyyəti ilə bağlı ciddi narazılıqların getdikcə artmaqda olduğunu Minsk qrupu həmsədrlərinin Ermənistana işğalçı siyasətinə son qoymasına və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsi üçün açıq çağırışlar etmək əvəzinə, hər dəfə ümumi bəyanatla kifayətləndiyini qeyd edib.
X.Xələfov münaqişənin həllinin süni surətdə uzadılmasının regional sabitlik və təhlükəsizlik üçün yeni risklər və çağırışlara münbit şərait yaradaraq daha geniş regional münaqişələrə yol açacağını vurğulayıb.
O, Ermənistan respublikasının bu cinayətkar addımları atmaqla 30 ildən bəri davam edən və Azərbaycan torpaqlarının 20 faizdən çoxunu işğal altında saxlayan təcavüzkar siyasətinin davam etdirilməsində israrlı olduğunu nümayiş etdirdiyini bildirib.
X.Xələfov hadisələrin bu məcrada inkişafına Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilat və nüfuzlu dövlətlərin təcavüzkar Ermənistana loyal və yumşaq münasibət bəsləməsinin şərait yaratdığını vurğulayıb.
O, vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Bugünkü Ermənistan respublikası hakimiyyətinin siyasətinin sülh danışıqlarının hər vəchlə pozmaq, onların mahiyyətini saxtalaşdırmaq, işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasından boyun qaçırmaqdan ibarət olduğunu diqqətə çatdırıb.
“Bu proseslərin dünya birliyi və Minsk qrupu həmsədrlərinin gözü qarşısında baş verməsi və adekvat tədbirlərin görülməməsi daim Azərbaycan xalqını məyus edib. Azərbaycanın hüquqlarının on illərdən bəri ardıcıl olaraq pozulması və onun haqq işinə biganəlik Azərbaycan xalqının və onun qətiyyətli rəhbərliyinin səbir kasasını doldurub. Biz Azərbaycan xalqının və dövlətinin yaşamaq və inkişaf hüququnun təcavüzkar tərəfindən daim tapdalanmasına yol verməyəcəyik”, - deyə nazir müavini vurğulayıb.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət