Azərbaycan 2021-ci ilin yanvar-may aylarında 58 min 823,16 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 77% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Premium Euro-95” markalı benzinin idxal həcmi dəyər ifadəsində $40 milyon 99,16 min (artım 2 dəfə) təşkil edib.
Eyni zamanda, hesabat dövründə $29 milyon 172,35 min məbləğində 42 min 909,07 ton “Premium Euro-95” markalı benzin (bütün idxalın 72,9%-i) Rusiyadan idxal edilib (artım 33%).
Bundan başqa, hesabat dövründə Gürcüstandan $399,15 min dəyərində 559,32 ton (2020-ci ilin yanvar-may aylarında idxal həyata keçirilməyib), İrandan - $2 milyon 51,53 min dəyərində 3 min 221,1 ton (miqdar ifadəsində artım 3,3 dəfə, dəyər ifadəsində artım 2,8 dəfə) “Premium Euro-95” markalı benzin, Rumıniyadan - $8 milyon 476,13 min dəyərində 12 min 133,67 ton benzin idxal edilib.
Bu ilin yanvar-may aylarında $968,51 min dəyərində (azalma 1,9%) 1 min 217,09 ton (azalma 1,9%) “Super Euro-98” avtomobil benzini idxal edilib. İdxalın strukturunda $196,46 min dəyərində 237,45 ton Belarus, $772,05 min dəyərində 979,64 ton Rumıniyadan həyata keçirilib.
2020-ci ildə Azərbaycan $58 milyon 615,07 min dəyərində 96 min 998,93 ton “Premium Euro-95” markalı benzin idxal edib. $34 milyon 469,77 min dəyərində 56 min 743,48 ton benzin (bütün idxalın 58,5%-i) Rusiyadan idxal edilib.
Ötən il Azərbaycana $2 milyon 96,71 min dəyərində 2 min 654,36 ton “Super Euro-98” markalı benzin idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin bir litrinin pərakəndə qiyməti 1,25 manat, “Super Euro-98” markalı benzinin bir litrinin pərakəndə qiyməti isə 1,4 manat təşkil edir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət