Azərbaycan 2022-ci ilin I rübündə Avropaya 2,6 milyard kubmetr qaz ixrac edib. Bu barədə energetika naziri Pərviz Şahbazov Twitter hesabında yazıb.
“Bu ilin I rübündə Azərbaycandan Türkiyəyə 2,2 milyard kubmetr, Avropaya 2,6 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib”, - deyə nazir bildirib.
Daha əvvəl SOCAR-a istinadən verilən məlumata görə, 2022-ci ilin I rübündə Azərbaycandan 5 milyard 883,866 milyon kubmetr qaz ixrac edilib ki, bu da 2021-ci ilin yanvar-mart aylarının göstəricisindən 14,7% çoxdur.
Energetika Nazirliyinin məlumatına görə, 2021-ci ilin I rübündə Türkiyəyə 3 milyard kubmetr, Gürcüstana 784 milyon kubmetr, Avropaya isə 1,1 milyard kubmetr Azərbaycan qazı ixrac edilib. Beləliklə, bu ilin yanvar-mart aylarında Türkiyəyə qaz ixracı 26,7% azalıb, Avropaya 2,4 dəfə, Gürcüstana 40,3% artıb.
Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi (CQD) ilə Türkiyə, Gürcüstan və Avropaya ixrac edilir.
Azərbaycan qazının CQD-nin komponenti olan TAP kəməri ilə Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir.
Energetika Nazirliyi 2022-ci ildə CQD ilə Türkiyəyə 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr Azərbaycan qazının ixrac ediləcəyini proqnozlaşdırır.
2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8 milyard kubmetrdən çox qaz ixrac edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət