2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisi istehsalı 9 milyard 240,1 milyon kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur.
Energetika Nazirliyinin məlumatına əsasən, cari ilin yanvar-aprel aylarında elektrik enerjisinin istehsalı İES-lərdə 8 milyard 621,3 mln. kVt·st (artım 232,6 mln. kVt·st) SES-lərdə 492,6 mln. kVt·st (artım 52,2 mln. kVt·st) təşkil edib.
Alternativ mənbələr üzrə elektrik enerjisi istehsalı 126,2 mln. kVt·st olub (artım 7,4 mln. kVt·st). Xüsusilə, külək elektrik stansiyalarında 32,2 mln. kVt·st, günəş elektrik stansiyalarında 18,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 76,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Hesabat dövrü ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 milyard 350,5 mln. kVt·st (İES-lərdə 7 milyard 887,5 mln. kVt·st, SES-lərdə 463,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 116,26 mln. kVt·st (İES-lərdə 73,9 mln. kVt·st, SES-lərdə 25,7 mln. kVt·st, GES-də 16,64 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 20,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 753,2 mln. kVt·st təşkil edib.
Bu dövr ərzində elektrik enerjisinin ixracı 518,6 mln. kVt·st olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,4% və ya 35,4 mln. kVt·st azalıb. Bu dövrdə elektrik enerjisinin idxalı isə 40,7 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,6 mln. kVt·st artıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət