Pakistan Senatı Xocalı soyqırımını pisləyən 2012-ci il 1 fevral tarixli qətnaməni təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi “Islamabad Post” nəşrinə istinadən məlumat verib.
“Senat Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ardıcıl və sarsılmaz dəstəyi bir daha təsdiq edir və otuz ilə yaxın davam edən işğaldan sonra ərazilərinin azad edilməsi ilə nəticələnən 2020-ci ildə tarixi qələbəsini böyük sevinclə qeyd edir. Senat öz uzunmüddətli və dəyişməz mövqeyini təsdiq etməklə yanaşı, Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən Xocalı soyqırımını pisləyən 2012-ci il 1 fevral tarixli qətnaməni bir daha təsdiq edir”, - deyə Pakistan parlamentinin Yuxarı Palatasının bəyanatında bildirilir.
Vurğulanır ki, Senat Azərbaycan və Pakistanın iqtisadi əlaqələrin, ticarətin, sərmayələrin, insanlarla insanlar arasında təmasların yaxşılaşdırılmasında, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün aspektlərində atılan mühüm birgə addımları, tarixi dostluq əlaqələrindən qaynaqlanan bir-birinin rifahını və təhlükəsizliyini hərtərəfli dəstəklədiyini bir daha bəyan edir.*
E.Şəfiyev
Albaniya Azərbaycandan illik 700 milyon kubmetr qaz tədarük etməyi ümid edir
KOBİA taxta taraya tələbatın öyrənilməsi məqsədilə daxili bazar araşdırması aparacaq
KİV: Türkiyədə zəlzələdən sonra Ceyhan neft terminalı fəaliyyətini dayandırıb
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Ərdoğan: Türkiyədə zəlzələ nəticəsində 912 nəfər həlak olub
“AzerGold” 2022-ci ildə qızıl hasilatını 1%, satışını 5,5% artırıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir