Paris şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Frederik Mondoloni rəhbərlik edib. “Xələfov və Mondoloni ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq, regional məsələlər, Azərbaycanın Avropa dövlətləri və Avropa İttifaqı ilə münasibətləri müzakirə ediblər. Tərəflər, bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, post münaqişə kontekstində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - Azərbaycan XİN-dən məlumat verilir.
Parisə səfəri çərçivəsində Xələfov, həmçinin Fransa Senatının Xarici işlər, müdafiə və silahlı qüvvələr komissiyasının sədr müavini Joel Qerrio ilə, habelə Fransa Şirkətlər Hərəkatına (MEDEF) daxil olan aparıcı fransız şirkətləri təmsilçiləri, beyin mərkəzləri və Fransanın elmi, siyasi dairələrinin nümayəndələri ilə görüşlər keçirib.
“Görüşlər zamanı beynəlxalq və regional məsələlər, Fransa şirkətlərinin Cənubi Qafqazda sülh prosesləri nəticəsində yarana biləcək yeni nəqliyyat və logistika infrastrukturun formalaşdırılmasında, xüsusən də Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə bərpa işlərində iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunur. **
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət