Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın noyabrın 28-də “Armenpress” xəbər agentliyinə verdiyi müsahibə ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın noyabrın 28-də “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında danışıqların mahiyyətini, sülh müqaviləsinin hazırlanması, delimitasiya prosesi, mina təhdidi, habelə ərazi bütövlüyünün tanınması kimi məsələlər üzrə fikirləri yanlış məcraya yönəltmək və təhrif etmək cəhdi tamamilə əsassız və qəbuledilməzdir. Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşdə iştirak üçün Ermənistan tərəfindən şərt irəli sürülməsi, belə bir görüşün yalnız Fransa Prezidentinin iştirakı ilə keçirilə biləcəyinin bir daha təsdiqlənməsi Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə sadiq olmadığını göstərir və liderlər arasında növbəti görüşün Praqada deyil, məhz avqustun 31-də eyni formatlı üçtərəfli görüşün Brüsseldə liderlər arasında razılaşdırıldığını unudub. Brüsseldə növbəti görüş barədə əldə edilmiş razılığa baxmayaraq, Azərbaycan tərəfinin xoş niyyətlə Praqada görüşə, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə yanaşı, Fransa Prezidentinin iştirakına razılıq verməsindən təəssüf ki, növbəti mərhələdə sui-istifadə edilib, Fransa tərəfinin obyektiv və ədalətli vasitəçi olmadığını göstərib. Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan tərəfi Brüsseldə əldə edilmiş razılığa uyğun olaraq liderlər arasında danışıqlardan imtina etməyib və danışıqların davam etdirilməsi öhdəliyinə sadiqdir”.
“Delimitasiya prosesinin hansı əsasda aparılması barədə razılığa gəldikdə qeyd olunmalıdır ki, Ermənistanın xarici işlər nazirinin iddiasının əksinə, həm Praqa, həm də Soçi görüşləri üzrə bəyanatlarda delimitasiyanın BMT Nizamnaməsində və Alma-Ata Bəyannaməsində qeyd edildiyi kimi, ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, BMT Nizamnaməsinə və Alma-Ata Bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib və bu görüşlərdə delimitasiyanın hansı xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir müddəa olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur. Delimitasiya prosesi isə bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili əsasında həyata keçirilməlidir”, - deyə bəyanatda vurğulanır.
XİN qeyd edir ki, sülh müqaviləsinin hazırlanması ilə bağlı suala cavabında Mirzoyan bütün digər məsələlər kimi manipulyasiyaya yol verir. Ermənistan xarici işlər naziri erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsində də növbəti dəfə manipulyasiyalara yol verir.
“Üçtərəfli Bəyanatın müddəalarını yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə, Ermənistanın əleyhinədir”, - deyə bəyanatda vurğulanır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət