Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib, baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə Azərbaycan liderinin mətbuat xidməti məlumat verir.
“Söhbət zamanı Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini dedi. Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi”, - məlumatda vurğulanır.
Dövlət başçısı məlumat verib ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq.
Əliyev vurğuladı ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq.
Öz növbəsində, Ərdoğan bu qardaş dəstəyinə görə Əliyevə və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib ki, zəlzələ nəticəsində ölkənin 10 vilayətində 912 nəfər həlak olub. "Hazırda 912 nəfərin ölümü təsdiqlənib. Zəlzələ nəticəsində daha 5385 nəfər yaralanıb", - Ərdoğan bildirib.
Xəbər veriildiyi kimi, bazar ertəsi Bakı vaxtı ilə 05:17-də Türkiyənin cənub-şərqində Suriya ilə sərhədin yaxınlığında 7,6 bal günücndə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Qaziantep şəhərindən 33 km şimal-qərbdə yerləşir.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayansk filialı məlumat verir ki, bazar ertəsi Türkiyənin mərkəzi hissəsində 7,7 bal gücündə zəlzələ qeydə alınıb. Operativ məlumatlara əsasən, saat 14:24-də qeydə alınan ikinci zəlzələnin episentri Elbistan şəhərindən 10 km cənubda yerləşir. Episentrdə sarsıntıların intensivliyinə görə seysmik hadisə «məhvedici» kimi qiymətləndirilir. **
X.Nəsirzadə
“STAR” NEZ I rübdə neft alışını 10% artırıb
Azərbaycan I rübdə Türkiyəyə qaz ixracını 14% artırıb
ARDNF-in 2023-cü il büdcəsinin profisiti 4,5 milyard manat məbləğində qiymətləndirilir
Hersoq Əliyevlə danışıqlarda İranın yaratdığı riskləri müzakirə edib
Bu həftə Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin görüşü keçirilə bilər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank tələbələr üçün mentorluq layihəsinə start verib
Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
NEQSOL Holding qlobal təlim təchizatçısı O`Reilly ilə tərəfdaşlığa başlayır
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək