2020-ci il dekabrın 31-dən 2023-cü il martın 31-dək Cənub Qaz Dəhlizi (CQD) ilə Avropaya 22,4 milyard kubmetr qaz ixrac edilib. “İnterfaks-Azərbaycan” agentliyi “SOCAR Turkiye Enerji” şirkətinin məlumatına istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Elçin İbadov deyib.
“2018-ci il iyunun 30-dan 2023-cü il martın 31-dək TANAP qaz kəməri vasitəsilə Türkiyəyə 21 milyard kubmetrdən çox qaz ixrac edilib. 2023-cü il martın 31-nə olan vəziyyətə görə, Avropaya (CQD ilə - İF) 22,4 milyard kubmetrə yaxın qaz nəql edilib”, - deyə o bildirib.
Baş direktor qeyd edib ki, “SOCAR Turkiye Enerji” şirkətinin təbii qaz ticarəti üzrə portfeli Türkiyədə istehlakın 6%-ni təşkil edir ki, bu da özəl sektorda ən iri portfellərdən biridir.
“Bu günə qədər “SOCAR Turkiye Enerji” şirkəti Türkiyəyə təxminən 9,3 milyard kubmetr qaz nəql edib, Azərbaycandan isə 98,2 milyard kubmetr təbii qaz tədarük edilib. Biz Türkiyənin topdansatış bazarında (elektrik enerjisi və təbii qaz) ən böyük özəl sektor oyunçularından biriyik. 2022-ci ildə təbii qaz və elektrik enerjisinin ümumi ticarət və satış həcmi 17 teravat/saata çatıb, dövriyyə isə 28 milyard türk lirəsi (təxminən $1,4 milyard) təşkil edib”, - deyə İbadov bildirib.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayında başlanılıb.
“Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının illik ötürmə gücü 10 milyard kubmetr olan TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
Hazırda CQD-nin ötürmə gücünün 2 dəfə artırılması müzakirə edilir.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət