“Azərsu” SC Qəbələ və Şamaxı şəhərlərində su təchizatı sistemi və kanalizasiya şəbəkəsinin tikintisi üzrə podratçı seçiminə elan etdiyi tenderin müddətini martın 12-nə qədər uzadıb. Bu barədə SC-nin məlumatında deyilir.
Bu şəhərlərdə su təchizatı sistemi və kanalizasiya sisteminin tikintisi Dünya Bankının “Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsi üzrə krediti hesabına həyata keçirilir.
Tender iki lot üzrə keçirilir: 1№ - Qəbələdə su təchizatı sisteminin və çirkab suların kollektorunun tikintisi; 2№ - Şamaxıda su təchizatı sisteminin və çirkab suların kollektorunun tikintisi.
Tenderdə iştirak haqqı - 160 manat və ya $200 təşkil edir.
Tender proseduru həmçinin martın 12-də keçiriləcək.
Xəbər verildiyi kimi, 2007-ci ildə DB ölkə regionlarının və paytaxtın su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına dair layihənin reallaşması üçün Azərbaycana $230 mln. həcmində kredit verib. Bu layihənin həyata keçirilməsinə daha $80 mln. məbləğində vəsaiti Azərbaycan hökuməti ayırır.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə ərzində bank 44 layihənin həyata keçirilməsi üçün Azərbaycana $3 mlrd. məbləğində kredit verilməsini təsdiqləyib. Bankın 20 layihə üzrə cari portfeli $2,3 mlrd. təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət