Azərbaycan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi 2012-ci ilin I yarısında 141 cinayət işi üzrə ilkin istintaq keçirib. Bu barədə idarənin rəisi Kamran Əliyev çərşənbə günü məlumat verib.
“Bununla yanaşı, 160 nəfər barəsində 82 cinayət işi üzrə materiallar məhkəməyə göndərilib”, - deyə K.Əliyev idarənin birinci yarımillikdə fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 98 nəfər barəsində 41 cinayət işi Ağır cinayətlərə dair məhkəməyə, 62 nəfər barəsində 41 cinayət işi – rayon (şəhər) məhkəmələrinə göndərilib. “Bu cinayət işləri əsasən rüşvətxorluq (passiv rüşvətxorluq), xidməti səlahiyyətdən sui-istifadə, xidməti səlahiyyətləri aşmaq, səhlənkarlıq, oğurluq və s. üzrə açılıb”, - deyə idarə rəisi vurğulayıb.
K.Əliyev qeyd edib ki, 82 cinayət işi üzrə ilkin istintaq hüquqi və fiziki şəxslərə 7,4 mln. manat məbləğində zərərin ödənilməsini təmin edib.
İdarə rəisi bildirib ki, birinci yarımillikdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbələrindən daxil olan 104 operativ tapşırıq həyata keçirilib, axtarışda olan 21 cinayətkardan 14 nəfər saxlanılaraq istintaqa verilib.
Onun sözlərinə görə, hazırda axtarışda olan daha yeddi nəfər Azərbaycanın hüdudlarından kənardadır. “Bununla əlaqədar operativ-axtarış tədbirləri davam etdirilir”, - deyə K.Əliyev bildirib.
İdarə rəisi əlavə edib ki, mətbuatda materialların təhlili və deaxil olan informasiyanın yoxlanılması zamanı son vaxtlar çoxmərtəbəli yeni tikilən evlərdə vətəndaşlara mənzil satışı sahəsində çox sayda ciddi pozuntular aşkar edilib. “Cari ilin aprel ayında qabaqlayıcı tədbirlərin davamı olaraq “Çoxmərtəbəli binaların tikintisi üçün kooperativlərin yaradılması haqqında”, mənzillərin satışı sahəsində problemlərin və onların həlli yolları barədə təkliflər hazırlanaraq müvafiq orqanlara təqdim edilib”, - deyə K.Əliyev bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət