Azərbaycan qazının Avropaya ixrac marşrutunun seçimi iki məqamdam - satış bazarlarında qiymətlər və tranzitə tariflərdən asılıdır. Bu barədə SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev cümə axşamı jurnalistlərə bəyan edib.
“Məlum olduğu kimi, hazırda biz TAP (Transadriatic Pipeline) və “Nabucco-West” layihələri arasında seçim edirik. Həmçinin TAP və “Nabucco-West” layihələri tərəfindən qaz alıcıları ilə danışıqlar aparırıq. Qazın ixrac marşrutunun son seçimi yalnız borunun ucuz olması ilə deyil, həm də həmin boru ilə çatdırılacaq bazarlarda qaza olan qiymət ilə müəyyən ediləcək”, - deyə R.Abdullayev qeyd edib.
Şirkətin prezidenti izah edib ki, qazın ixrac marşrutunun seçimi üçün iki meyyar mövcuddur: tranzitə aşağı tarif və son satış bazarlarında qiymətlər.
“Marşrutun seçimi üzrə son qərar bu iki meyyarlar əsasında qəbul ediləcək” , - deyə R.Abdullayev bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan qazının Avropaya nəqlinə nəzərdə tutulan bu iki boru kəməri layihələri arasında son seçim 2013-cü il may ayında ediləcək.
“Şahdəniz” yatağının işlənilməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları: BP (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), NICO (10%), “TOTAL” (10%) və TPAO (9%) şirkətləridir.
“Mərhələ-2”-nin dəyəri $20 mlrd. məbləğində qiymətləndirilir. İllik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. “Mərhələ-2” üzrə qaz hasilatı 2017-ci ildə nəzərdə tutulub.
TAP (Trans Adriatic Pipeline) layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin qücü illlik 10 mlrd. kubmetr qaz təşkli edir. Lakin tələbatdan asılı olaraq bu rəgəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür.
“Nabucco-West” layihəsi “Nabucco”-nun yenilənmiş variantıdır və Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) qaz boru kəmərinin çəkilməsini nəzərdə tutur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət