2013-cü ilə Azərbaycanın dövlət büdcəsində müdafiə sahəsinə xərclər 2 mlrd. 714 mln. manat səviyyəsində nəzərdə tutulub. Bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə axşamı 2013-cü il üçün dövlət büdcəsi layihəsinin parlamentin plenar iclasında müzakirəsi zamanı bəyan edib.
“Bu xərclərin xüsusi çəkisi dövlət büdcəsinin bütün xərclərinin 13%-ni ötəcək”, - deyə S.Şərifov bildirib.
Onun sözlərinə görə, bundan başqa, dövlət kapital qoyuluşları çərçivəsində müdafiə sahəsinə vəsaitin ayrılması planlaşdırılır.
S.Şərifov qeyd edib ki, 2013-cü ilə Azərbaycanın dövlət büdcəsinin gəlirləri – 19 mlrd. 154 mln. manat, xərcləri - 19 mlrd. 810 mln. manat, kəsiri – 656 mln. manat və ya ÜDM-nin 1,17% səviyyəsində proqnozlaşdırılır.
Vergilər Nazirliyinin xətti ilə gəlirlər strukturunda daxilolmalar 6,4 mlrd. manat, Dövlət Gömrük Komitəsi xətti ilə - 1,38 mlrd. manat, Dövlət Neft Fondundan transfertlər – 11,35 mlrd. manat, digər gəlirlər – 24 mln. manat səviyyəsində proqnozlaşdırılır.
S.Şərifov vurğulayıb ki, xərclər strukturunda gələn il təhsil sahəsinə - 1 mlrd. 530,365 mln. manat, səhiyyə sahəsinə - 666,276 mln. manat, sosial müdafiə və sosial təminat sahəsinə - 1 mlrd. 813,581 mln. manat, mənzil-kommunal təsərrüfatı sahəsinə - 399,079 mln. manat məbləğində vəsait yönəldiləcək.
Ümumilikdə, 2013-cü ildə dövlət büdcəsinin 50,3%-ni – cari, 45,8%-ni - əsaslı, 3,9%-ni – dövlət borcuna xidmətə xərclər təşkil edəcək.
“Dövlət büdcəsinin sosial xərcləri 5 mlrd. 37 mln. manat səviyyəsində nəzərdə tutulur. Bu xərclərin xüsusi çəkisi 25,4% təşkil edəcək. 2012-ci il üçün göstərici ilə müqayisədə dövlət büdcəsinin sosial xərclərinin həcmi 7,1% artacaq”, - deyə o vurğulayıb.
S.Şərifov əlavə edib ki, 2013-cü ildə dövlət büdcəsindən SKMF - 150 mln. manat, SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə birdəfəlik ödəmələrə - 500 mln. manat, avtomobil yollarının tikintisi və saxlanmasına – 512 mln. manat, ASK, meliorasuya və suvarma, ekologiya sahələrinə - 494 mln. manat məbləğində vəsait ayrılacaq.
Maliyyə naziri əlavə edib ki, 2013-cü ilə dövlət kapital qoyuluşları 6 mlrd. 915,2 mln. manat məbləğində proqnozlaşdırılır, qalanı digər xərclər təşkil edir.
Nazir əlavə edib ki, 2013-cü ildə Dövlət Neft Fondunun büdcəsindən 2 mlrd. 215 mln. manat iri investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
Bundan başqa, xarici kreditlərin cəlb olunması ilə reallaşdırılan layihələrə xərclər 1 mlrd. 300 mln. manat təşkil edəcək.
S.Şərifov qeyd edib ki, gələn il xarici və daxili borcun xidmətinə 781 mln. manat vəsait yönəltmək planlaşdırılır.
Nazir bildirib ki, 2013-cü il üçün Azərbaycanın dövlət büdcəsi bir barrel üçün neftin qiymətinin $100 səviyyəsindən nəzərdə tutulur.
2012-ci il üçün Azərbaycanın dövlət büdcəsi 17 mlrd. 38 mln. manat, xərcləri – 17 mlrd. 672 mln. manat səviyyəsində təsdiq edilib. Dövlət büdcəsi 634 mln. manat və ya ÜDM-nin təxminən 1,3% səviyyəsində proqnozlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət