Dekabr ayında Minskdə iki ölkənin İqtisadi İnkişaf Nazirliklərinin himayəsi altında Azərbaycan-Belarus İnvestisiya Forumu keçiriləcək. Bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
“Forum bir neçə qarşılıqlı səmərəli investiya layihələri hazırlamağa imkan yaradacaq”, - deyə səfir əminliklə bildirib.
Onun sözlərinə görə, həftə sonunda “Azərikimya” İstehsalat Birliyinin direktoru Muxtar Babayevin rəhbərliyi altında nümayəndə heyəti Minskə səfər edəcək. Nümayəndə heyətinə həmçinin Sumyaqıt Texniki Parkın nümayəndələri daxildir. Səfər zamanı Belarusun müvafiq strukturları ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bundan əlavə, hazırda iki Belarus şirkətinin nümayəndə heyəti Sumyaqıt Texniki Parkda Belarus müəssisələri üçün komponent istehsalı üzrə əməkdaşlıq, o cümlədən kommunal, yol-tikinti və digər texnikanın istifadə imkanlarını müzakirə edir.
Bundan başqa, N.Patskeviç məlumat verib ki, gələn il Prezident İlham Əliyevin dəvəti ilə Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfər edəcək. Səfərin dəqiq müddəti sonradan dəqiqləşdiriləcək.
Ümumilikdə, səfir 2012-ci il iki ölkənin strateji tərəfdaşlıq münasibətlərinin dinamik inkişafı üçün uğurlu kimi qiymətləndirib.
N.Patskeviç qeyri-neft sahəsində əməkdaşlığın artmasını xüsusi qeyd edib. Əəgr ötən ilin yekunlarına görə, qeyri-neft məhsullarının dövriyyəsi $209,4 mln. təşkil edibsə, bu bir il öncəki göstəricidən 143% faiz artıqdır. 2012-ci ilin sonuna kimi bu rəqəmin daha 20% artacağı gözlənilir. Bununla yanaşı, cari ilin doqquz ayı ərzində Azərbaycandan Belarusa mal ixracının həcmi 27% artıb.
N.Patskeviçin sözlərinə görə, iqtisadi münasibətlərin inkişafında istehsal kooperasiyasına böyük diqqət yetirilir. “Xüsusilə, Gəncə Maşınqayırma zavodunda yalnız “MAZ” markalı avtomobillər quraşdırılması aparılmır. Orada Azərbaycanda maşınqayırmanın inkişafına öz ideyalarını tətbiq edən Belarus mütəxəssisləri çalışır”, - deyə o vurğulayıb.
Əməkdaşlığın digər istiqamətləri barədə danışaraq səfir məlumat verib ki, 2013-cü ilin birinci rübündə Minskdə İKT sahəsində ikinci biznes forumun keçirilməsi planlaşdırılır. “Təhsil sahəsinə gəlincə, son beş il ərzində Belarus ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı 10 dəfə - 120 nəfərə qədər artıb, baxmayaraq ki, bu göstəricini yüksək hesab etmək olmaz”, - deyə diplomat qeyd edib.
N.Patskeviç məlumat verib ki, 2013-cü il iyulun 13-də iki ölkə arasında diplomatik münasibətlər qurulmasının 20 ili tamam olur. Bununla əlaqədar Azərbaycanda Belarus Mədəniyyət Günlərinin keçirilməsi, səfirliyimizin yeni binasının açılışı daxil olmaqla bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət