Aslan Usoyanın (Ded Xasan) qətlinin güman edilən sifarişçisi azərbaycanlı qanunu oğru Rövşən Caniyev (Rövşən Lənkəranski) ona qarşı təşkil edilən sui-qəsddən sonra fevralın 5-də İstanbul hospitalında vəfat edib. Bu barədə cümə axşamı “İzvestiya” qəzeti məlumat verib.
“Fevralın 1-də İstanbulda Rövşənə sui-qəsd edilib. Lənkəranskini çox sayda mühafizə müşayiət etsədə, lakin avtomatik silahdan atəş açan muzdlu qatillər həm qanuni oğrunu, həm də onun cangüdənlərini gülləyiblər”, - deyə mətbu orqana xüsusi xidmət orqanlarından olan mənbə bildirib.
Qəzet qeyd edir ki, hazırda Rusiyanın xüsusi xidmət orqanları bu məlumatın rəsmi olaraq təsdiq edilməsi üçün Türkiyə polisinin ünvanına sorğu hazırlayırlar. Qətl faktı ilə əlaqədar istintaq Türkiyədə aparılacaq.
Eyni zamanda, rusiyalı əməliyyatçılar şübhə etmirlər ki, R.Caniyevin qətli birbaşa yanvarın 16-da Moskvanın mərkəzində qanuni oğru A.Usoyanın güllələnməsi ilə əlaqədardır.
Buna baxmayaraq, İstanbulda güllələnmə hadisəsinin arxasında kimin durması barədə xəfiyyələr əminliklə hələlik heç bir şey deyə bilmirlər.
“İzvestiya”nın mənbələrinin məlumatına əsasən, R.Lənkəranski əlaltısı Rüfət Nəsibovla (Rufo Gəncinski) və Azərbaycnın mütəşəkkil cinayətkar qrupundan olan Cama ləqəbli avtoritetlə Ded Xasanın qətlindən sonra qara siyahıya düşüblər.
Bundan başqa, bir neçə gün öncə yayılan məlumatlara əsasən, guya R.Gəncinski paytaxtın Otradnoye rayonunda öldürülüb. Qəzet qeyd edir ki, muzdlu qatillrə onun cəsədini cinayət yerindən apraraq gizlədiblər. Lakin əməliyyatçılar həmçinin kriminal aləmdə olan agentlərdən bu məlumatın təsdiqini tapmayıblar.
“Bəzi mənbələrimiz 100% əminliklə bildirirlər ki, Rufo öldürülüb, digərləri isə (azərbaycanlı qanuni oğrular) bu məlumatı qətiyyən təkzib edirlər”, - deyə “İzvestiya”ya xüsusi xidmət orqanlarından olan mənbə bildirib.
Eyni zamanda, Ded Xasanın varislərinin bu qisaslara aidiyyatı versiyası xəfiyyələrdə ciddi şübhə doğurur. “Ded Xasanın bacısı oğlu Dmitri Çanturiya dayısının tabutu önündə qatilləri tapıb cəzalandıracağı barədə bəyanatlar edib. Lakin, onun çox cavan və avtoritetinin aşağı olması səbəbindən imkanları məhduddur”, - deyə qəzetə hüquq-mühafizə orqanlarından bildiriblər.
Bu arada, xəfiyyələrin versiyasına görə, R.Caniyevin qətlinin arxasında Ded Xasanın qəddar duşmənlərindən biri olan – Merab Djanqveladze (Merab Suxumski) dayana bilər. Türkiyə onun qeyri-rəsmi malikanəsi hesab edilir.
“İzvestiya” xatırladır ki, M.Djanqveladzenin adı R.Caniyev və qanuni oğru Camal Mikeladze (Cemo) ilə birgə A.Usoyanın qətlinin mümkün təşkilatçıları qismində səsləndirilib.
Əməliyyatçılar istisna etmirlər ki, o R.Lənkəranskiyə dəstək olacağını söz verib və onun əli ilə Moskvada nüfuzlu düşməni Ded Xasanı aradan götürüb. Sonra, xüsusi xidmət orqanlarının əməkdaşları güman edirlər ki, M.Djanqveladze R.Caniyevi öldürmək əmri verir, bununla da A.Usoyanın klanına loyallığını nümayiş etdirmək istəyib.
“Rövşəni Djanqveladzenin adamlarının aradan götürməsi mümkündür. Lənkəranski onlara daha lazım deyildi. İndi Merab deyə bilər ki, Ded Xasanın qisasını alıb və onun varisləri ilə barışaraq nüfuzunu artıracaq”, - deyə qəzetə xüsusi xidmət orqanlarından olan mənbə bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət