Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri bu ölkənin XİN başçısı Vladimir Makey və Azərbaycan prezidenti İlham Əliyevin görüşündə əsas müzakirə mövzularından biri olub.
“İlham Əliyevlə görüşdə biz A.Lukaşenkonun Bakı səfərinə hazırlıq məsələlərini müzakirə etdik. Bu səfər çərçivəsində bir sıra müqavilələrin imzalanması planlaşdırılıb ki, bu da daha yüksək səviyyəli münasibətlərin qurulmasına xidmət edəcək”, - deyə V.Makey çərşənbə axşamı Bakıda Azərbaycan Diplomatik Akademiyasında iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş forumda bildirib.
Azərbaycan prezidenti və Belarus XİN başçısının görüşü bazar ertəsi baş tutub.
A.Makey qeyd edib ki, Bakı və Minsk bu və ya digər problemlə üzləşdikdə həmişə bir-birlərinə kömək edirlər. “Biz Azərbaycan rəhbərliyinin çətin günlərdə Belarus xalqına göstərdiyi köməyi yaxşı xatırlayırıq”, - deyə o bildirib.
“Öz xalqlarının və dövlətlərinin rifahının yaxşılaşdırılması bizim prezidentlərimizin siyasətinin əsas xəttidir. Azərbaycan və Belarus arasında beynəlxalq arenada və ikitərəfli münasibətlərdə heç bir fikir ayrılığı yoxdur. Ölkələrimiz müstəqil, ardıcıl daxili və xarici siyasət
yürüdür”, - deyə o qeyd edib.
XİN başçısı münasibətlərin indiki səviyyəsinin Bakı və Minsk arasında strateji tərəfdaşlığın inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib. “Azərbaycan MDB ölkələri arasında Belarusun ən iri iqtisadi tərəfdaşlarından biridir, qarşılıqlı mal dövriyyəsi $200 mln. təşkil edir”,- deyə diplomat vurğulayıb.
Nazir azərbaycanlı sahibkarları Belarus iqtisadiyyatına investisiya qoymağa dəvət edib. “Biz Azərbaycanı Gömrük İttifaqına daxil olmağa dəvət edirik, bu, ölkənizin 170 milyonluq bazara daxil olmasını təmin edə bilər”,- deyə o qeyd edib.
V.Makey söyləyib ki, Belarus iqtisadiyyatında məhsul ixracı üstünlük təşkil edir, milli məhsulun 70%-i xaricə ixrac olunur. “Biz konstruktiv dialoqa əsaslanan açıq, sülhsevər xarici siyasət yürüdürük. Biz region ölkələri və qonşularımızla yaxşı münasibətlər qurmağa borcluyuq”,- deyə o vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət