Avqust ayının 1-dən etibarən Azərbaycanda banklar tərəfindən cəlb edilən əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%-dən 10%-dək endirilib. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
“Son bir ildə banklar tərəfindən maksimum faiz dərəcəsindən yüksək faizlə (12% artıq) cəlb edilən əmanətlərdə azalma müşahidə edilib. Nəticədə sığortalanan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 12%-dən 10%-ə endirilməsinə dair qərar qəbul edilib. Bu dəyişiklik 1 avqust 2013-cü il tarixindən qüvvəyə minəcək”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, 2013-cü il iyulun əvvəlinə əhalinin bank əmanətlərinin 33%-ni (1,85 mlrd. manat) qorunmayan əmanətlər, 67%-ni (3,577 mlrd. manat) isə qorunan əmanətlər təşkil edib. Qorunan əmanətlərin 58%-i manatın, 38 %-i ABŞ dollarının və 4%-i avronun payına düşür.
Fondun üzvü olan banklar 4 mln. 979,666 min əmanətçiyə xidmət göstərir. 4 mln. 643,023 min və ya 93% əmanətçi qorunan əmanətlərə malikdir.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarıxli fərmanı çərçivəsində yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
Fondun iştirakçısı olan bankların sayı 42-dir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət