Çərşənbə günü Azərbaycanda prezident seçkiləri keçiriləcək.
Seçkilərdə 10 namizəd iştirak edəcək. İndiki dövlət başçısı, hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə, Ana Vətən Partiyasının keçmiş sədr müavini, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev, Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Sərdar Cəlaloğlu yaxın beş ildə prezident postuna iddiaçıdırlar.
İndiki dövlət başçısı İ.Əliyev 2003 və 2008-ci illərdə keçirilmiş prezident seçkilərində qələbə çalaraq iki dəfə ölkə prezidenti postuna layiq görülüb.
2009-cu il martın 18-də keçirilmiş ümummilli referendum əsasında ölkə Konstitusiyasına bir şəxsin dövlət başçısı postuna bir neçə dəfə seçilməsinə qoyulan məhduddiyyətin aradan qaldırılmasını nəzərdə tutan düzəliş qəbul edilib.
Azərbaycanda 5 mln. 144 min 937 nəfərin səsvermə hüququ var.
Seçkilər günü 125 seçki dairəsində 5273-nün daim fəaliyyət göstərdiyi 5491 seçki məntəqəsində səsvermə həyata keçiriləcək. Səsvermə və seçicilərin səslərinin hesablanması proseslərinin şəffaflığının təmin edilməsi məqsədilə 1 min seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun sözlərinə görə, MSK-da 52 minə yaxın müşahidəçi qeydiyyata alınıb. “O cümlədən təxminən 100 ölkə və 50 beynəlxalq təşkilatı təmsil edən 1300-dən çox beynəlxalq müşahidəçi Azərbaycanda seçkiləri müşahidə edəcək”, - deyə MSK sədri vurğulayıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib ki, seçkilər günü ölkənin hüdudlarından kənarda olan 12 minə yaxın Azərbaycan vətəndaşı respublikanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalarında yaradılmış 38 seçki məntəqəsində səs verəcək.
Seçkilər günü seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Moskva vaxtı ilə saat 07:00) açılacaq və saat 19:00-a qədər öz işini davam etdirəcək.
MSK gün ərzində yerli vaxtla saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-a olan vəziyyətə görə səsvermədə iştirakla bağlı açıqlamalar verəcək.
Prezident seçkiləri ilə əlaqədar olaraq ölkənin hüquq-mühafizə orqanları oktyabrın 7-dən 13-nə qədər gücləndirilmiş iş rejimində işləyəcək.
Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə müvafiq olaraq seçkilərdə iştirak etmiş seçicilərin səslərinin yarıdan çoxunu qazanmış namizəd Azərbaycan Respublikasının prezidenti seçilmiş hesab olunur. Əgər prezidentliyə namizədlərdən heç biri yetərli qədər səs toplaya bilməyibsə, MSK-nın qərarı ilə ən çox səs toplamış iki namizəd arasında yenidən səsvermə keçirilir.
Azərbaycan Konstitusiyasının 103-cü maddəsinə əsasən, prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsinin seçkilərin yekunlarını rəsmi şəkildə elan etməsindən etibarən 3 gün ərzində and içməlidir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət