Türkiyənin Ermənistanla sərhədlərini açması məsələsi Azərbaycanın maraqları nəzərə alınmadan həll oluna bilməz. İstanbul İqtisad Universitetinin professoru Murat Yulek belə hesab edir.
“Türkiyədə bu məsələ Azərbaycanın maraqları nəzərə alınmadan müzakirə oluna bilməz. Buna əmin ola bilərsiniz”, - deyə M.Yulek “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib. Onun sözlərinə görə, hazırda Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusu Türkiyə cəmiyyətində müzakirə edilmir.
“Əgər siyasətçilər tərəflərin sərhədləri açmağa hazır olması barədə bəyan edirlərsə, ola bilsin ki, bu məsələdə hansısa gizli plan var. Lakin azərbaycanlı qardaşlarımız bilməlidirlər ki, Azərbaycanda olduğu kimi Türkiyədə də həmin azərbaycanlılar - 76 milyon nəfər yaşayır”, – deyə professor vurğulayıb. Onun fikrincə, sərhədlərin açılması üçün “Ermənistan qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması kimi öhdəlikləri yerinə yetirməlidir”.
“Əgər Ermənistan bu tələbi yerinə yetirsə, türk xalqı ona bu gün düşdüyü acınacaqlı vəziyyətdən çıxmaqda kömək edəcək. Türkiyənin 76 milyon vətəndaşı məhz bu mövqedən çıxış edir”, - deyə M.Yulek qeyd edib.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib ki, Türkiyə tərəfi Ermənistanla sərhədin açılmasına hazırlıq işləri aparır.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət