Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyutanın məzənnəsinin saxlanması üçün 2013-cü ilin yanvar-noyabr aylarında valyuta bazarında $2,1 mlrd. məbləğində xarici valyuta əldə edib. Bu barədə Mərkəzi Bankın 2014-cü ildə pul siyasəti və maliyyə sabitliyinin əsas istiqamətləri haqqında bəyanatında qeyd olunur.
“AMB Azərbaycanın tədiyə balansının böyük profisiti və valyuta gəlirlərinin artması fonunda manatın məzənnəsinin son dərəcə möhkəmlənməsinin qarşısını almaq məqsədilə hesabat dövründə xarici valyuta bazarında $2,1 mlrd. məbləğində valyuta alıb”, - deyə bəyanatda bildirilir.
Bu tədbirlər nəticəsində manatın ABŞ dollarına nisbətən məzənnəsi yalnız 0,08% möhkəmlənib.
11 ay ərzində geniş mənada pul kütləsi (M3) 9% artıb, onun strukturunda müsbət tendensiyalar müşahidə olunmaqda davam edib. “Hesabat dövrü ərzində nağdsız pul kütləsi 12,2% artıb, dollarlaşmanın səviyyəsi (geniş mənada pul kütləsinə nisbətdə xarici valyutada əmanət və depozitlərin xüsusi çəkisi) 1% bəndi azalıb”, - deyə bəyanatda vurğulanır.
2012-ci ildə manatın ABŞ dollarına nisbətən məzənnəsi 0,19% möhkəmlənib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət