SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2013-cü ildə əhaliyə 2 mlrd. 201 mln. 571,619 min kubmetr həcmində qaz satıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Bunun qarşılığında ötən il əhalidən 101,98% vəsait toplanıb.
“Vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalıb”, - deyə məlumatda bildirilir.
Güzəştsiz əhali kateqoriyası üzrə 1 yanvar 2013-cü il tarixinə mövcud olan debitor borc il ərzində 7,2% azalıb. Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə ümumilikdə bu rəqəm 104%, regionlar üzrə isə 101,9% olub. Ölkə üzrə ən yüksək yığım faizi Xızı rayonunda qeydə alınıb (121,44%). Bakı şəhərinin rayonları içərisində isə ən yüksək göstərici Sabunçu rayonunda olub (107,33).
2014-cü il yanvarın 1-nə əhali kateqoriyası üzrə 110,686 min ailə güzəştli şərtlərlə qaz alır.
Xəbər verildiyi kimi, 2014-cü il yanvarın 1-nə “Azəriqaz” İB-nin abonentlərinin ümumi sayı 1 mln. 647,906 min təşkil edir. Bunun 1 mln. 628,076 mini əhali kateqoriyasına aiddir.
Bakıda “Azəriqaz” abonentlərinin ümumi sayı 701,645 min təşkil edir ki, bunun da 691,448 mini əhali kateqoriyasının payına düşür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət