Ermənistan rəhbərliyi işğal və təcavüzdən əl çəkməyənə və işğal etdiyi əraziləri azad etməyənə qədər Azərbaycan bu ölkənin blokadasını davam etdirəcək. Bu barədə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bəyan edib.
“Bu gün Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan təcavüzkar planlarından əl çəkməyənə və qonşu ölkələrə münasibətdə konstruktiv siyasət yürütməyənə qədər, Bakı İrəvanı iqtisadi təcrid vəziyyətində saxlamağa davam edəcək”, - deyə o bazar ertəsi Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfransda bildirib.
E.Aslanovun sözlərinə görə, bu gün Ermənistanın yürütdyü təcavüzkarlıq siyasəti və işğal regional sülh və təhlükəsizliyə ciddi prioblem və təhdidlər yaradır.
“Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistan bu gün Türkiyənin Anadolu və Gürcüstanın Cavaxetiya bölgələrinə ərazi iddiaları ilə çıxış edir”, - deyə o qeyd edib.
Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi layihələr regionda sabitliyin və sülhün təminatına və regional əməkdaşlığın inkişafına yönəlib.
“Biz heç zaman gizlətməmişik ki, Ermənistanda yaranan ağır siyasi-iqtisadi vəziyyət bu ölkənin rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv siyasət ilə bağlıdır. Ermənistan rəhbərliyi anlamalıdır ki, bu cür siyasət gələcəkdə nə ölkəyə, nə də erməni xalqına yaxşı heç nə gətirməyəcək. Onlar iqtisadi cəhətdən geridə qalmış dövlıətdə yaşamağa davam edəcəklər”, - deyə E.Aslanov qeyd edib.
O bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə biri-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
“Biz hər zaman ərazi bütövlüyü və suverenliyin təminatı məsələrində Gürcüstan və Türkiyənin yanında olmuşuq və olacağıq”, - deyə Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb. O bildirib ki, Bakı erməni lobbisinin dünyaya qondarma “erməni soyqırımı”nı zorla tanıtmaq cəhdlərinə qarşı çıxış etmək məsələsində Ankaranı dəstəkləyir. Ermənilər bu qondarma soyqırımın 2015-ci ildə yüz illiyini qeyd etmək niyyətindədirlər.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyə hər zaman birgə ümumi problemləri həll edəcəklər və geostrateji maraqlarını irəli sürəcəklər.
“Biz çox istərdik ki, Ermənistan həyata keçirdiyimiz regional və qlobal layihələrə qoşulsun. Zaman gələcək, biz hazırda işğal altında olan Xocalı, Şuşa və Xankəndidə erməni rəhbərliyinin iştirakı ilə bu cür tədbirlər, konfranslar keçirəcəyik. Həmin gün gələcək. Biz bunun üzərində işləyirik”, - deyə E.Aslanov qeyd edib.
Prezident Administrasiyasının nümayəndəsi bir sıra beynəlxalq təşkilat və güc dairələrinin Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasını təbliğ etdikləri ilə əlaqədar təəssüfünü bildirib.
“Əfsuslar olsun ki, bir sıra qərb beynəlxalq təşkilatları Ermənistan-Türkiyə sərhədinin açılmasına cəhd edirlər. Bir daha Türkiyə tərəfinə minnətdarlığımızı bildiririk. Rəsmi nümayəndlərə dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmayana və işğal olunan ərazilər azad edilməyənə qədər Ermənistanla sərhəd Ankara tərəfindən açılmayacaq”, - deyə E.Aslanov vurğulayıb.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət