Ukraynada baş verən hadisələr Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının vacibliyini artırır. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun verdiyi məlumata görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncədə səfərdə olarkən bəyan edib.
“Əlbəttə, münaqişənin nizamlanması hər zaman vacib və önəmli olub, bu gün daha da xüsusi əhəmiyyət kəsb edir. Biz Rusiyanın addımlarının şahidi oluruq və istəyirik ki, bölgədə, regionda qeyri-sabitlik yaradan bu münaqişə (Qarabağ münaqişəsi-İF-Az) tez bir zamanda öz həllini tapsın ki, heç bir qonşu müxtəlif bəhanələrlə vəziyyətdən faydalana bilməsin”, – deyə səfir qeyd edib.
Münaqişənin həlli üçün siyasi iradə tələb olunduğunu deyən diplomat 20 ildən artıq bir müddətdə danışıqlar prosesində ləngiməni və irəliləyişin əldə olunmamasını münaqişənin qəlizliyi ilə əsaslandırıb.
“Hər iki ölkənin (Azərbaycan və Ermənistan-İF-Az) prezidentləri bir araya gələrək münaqişənin birdəfəlik həll edilməsi üçün konkret addımlar atmalıdırlar, razılığa gəlməlidirlər və bu razılaşma çərçivəsində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun da işğaldan azad edilməsi buraya daxildir. Əlbəttə ki, bu məsələdə Rusiyanın əməkdaşlıq etməsi də tələb olunur”, – deyə səfir bildirib.
“Mən söz verirəm ki, biz Minsk Qrupu çərçivəsində əlimizdən gələni edəcəyik və fəal olacağıq. Biz danışıqlar prosesinin irəliləməsi və dalan vəziyyətindən çıxması üçün müxtəlif ideyalar təklif edirik”, - deyə R.Morninqstar söyləyib və münaqişənin hələ də nizamlanmamış qalmasının insanları məyus etməsinin başadüşülən olduğunu deyib.
“Biz hamımız münaqişə nəticəsində 100 minlərlə insanın faciəsini etiraf etməliyik. Bu və digər qəsəbələr nə qədər rahat və yaraşıqlı olsa da, bütün məcburi köçkünlərin ümdə istəyi öz doğma torpaqlarına qayıtmaqdır. Çoxsaylı məcburi köçkünlər də var ki, belə rahat şəhərciklərdə yaşamaq imkanı yoxdur. Onlar da öz doğma torpaqlarına qayıtmalıdırlar”, – deyə səfir bildirib.
Gəncədə məcburi köçkünlər üçün salınan şəhərciklə tanış olan ABŞ səfiri məcburi köçkün ailəsi ilə söhbətləşib.
“Bu gözəl qəsəbəyə gəlmək mənim üçün böyük şərəf oldu. Mən orta məktəbdə oldum və deyə bilərəm ki, Birləşmiş Ştatlardakından geri qalmayan bir məktəbdir”, – deyə o əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət