Amerika şirkətləri Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə investisiya qoymağa hazırdır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar I Beynəlxalq Xəzər Enerji Forumunda (Caspian Energy Forum-2014) çıxışı zamanı bəyan edib.
“Mən istəyirəm ki, Amerika şirkətləri Azərbaycanın iştirakı ilə həyata keçirilən iri enerji layihələrinə cəlb edilsinlər, hesab edirəm ki, digər ölkələrdə də bu prosesdə iştirak edə biləcək çox güclü və ciddi şirkətlər var”, - deyə diplomat qeyd edib.
Bununla yanaşı, o, bu layihələrin Amerika və digər ölkə şirkətlərinin diqqətini özünə cəlb edəcəyinə əminliyini ifadə edib.
““Şahdəniz” layihəsinin ikinci mərhələsinin işlənilməsi Xəzər dənizində yeni neft və qaz yataqlarının aşkarlanmasına səbəb ola bilər və buna görə də bu layihənin həyata keçirilməsinə böyük diqqət ayırmalıdır. Beynəlxalq tərəfdaşın bu işə cəlb olunması Azərbaycan üçün çox vacibdir, axı məhz bunun sayəsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrini reallaşdırmaq mümkün olub”,- deyə R.Morninqstar vurğulayıb.
Diplomatın sözlərinə görə, bu gün dünyada baş verən hadisələri, o cümlədən Rusiya-Ukrayna qarşıdrurmasını nəzərə alsaq, Caspian Energy Forum-2014 çox vaxtında təşkil olunub.
“Çünki Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir. Ötən ilin dekabr ayında “Şahdəniz” layihəsi üzrə vacib sənədin imzalanması o demək deyil ki, işlər başa çatıb, əksinə qarşıda bizi ciddi və gərgin iş gözləyir. Ötən ilin dekabr ayında çox mühüm sənəd imzalanıb və biz şadıq ki, bu prosesdə iştirak etmişik. ABŞ Azərbaycanla bu istiqamətdə sıx əməkdaşlıq edəcək”,- deyə səfir əlavə edib.
Amerikalı diplomat “Şahdəniz”, TAP və TANAP layihələrini reallaşdırılması çox böyük cəsarət tələb edən iri layihələr adlandırıb.
Səfir enerji layihələri həyata keçirilərkən əsas götürüləcək 3 meyarı qeyd edib.
“SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ - İF-Az) bu layihələrdə kimlərlə işləməsinin vacibliyinə dair 3 meyardan istifadə etmək lazımdır. Birincisi, əməkdaşlıq üçün seçilmiş şirkət öz dövləti tərəfindən dəstəklənməlidir”, - deyə o vurğulayıb.
Səfirin sözlərinə görə, bütün şirkətlər kommersiya məsələlərinə üstünlük verirlər, lakin bu şirkətlərin öz dövlətləri tərəfindən dəstəklənməsi və öz növbəsində Azərbaycana dəstək göstərməsi çox vacibdir.
“Biz “Şahdəniz” və digər layihələrin reallaşdırılmasının texnoloji baxımdan nə qədər çətin olduğunu bilirik, onlar üzərində işləyərkən müasir texnologiyalardan istifadə etmək lazımdır”, - deyə o əlavə edib.
Diplomat ikinci vacib aspekt kimi enerji layihələrinin reallaşdırılması üçün lazım olan böyük maliyyə xərclərini qeyd edib.
“Bundan öncəki layihələrin reallaşdırılmasına $50 milyarda qədər xərc çəkilib və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr də çox bahalı layihələr olacaq. Buna görə də bu layihələr beynəlxalq tərəfdaşlıq çərçivəsində reallaşdırılmalıdır və SOCAR bunu inkişaf etdirməlidir”,- deyə ABŞ səfiri vurğulayıb.
O, üçüncü aspekti enerji diversifikasiyasının təmin edilməsinin zəruriliyi ilə əlaqələndirib.
“ABŞ regionda reallaşdırılan enerji layihələri nəticəsində birbaşa olaraq neft və qaz əldə etməyəcək. Bununla belə biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsini vacib hesab edirik”,- deyə R.Morninqstar qeyd edib.
Onun sözlərinə görə, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib.
“Azərbaycan MDB məkanında tam müstəqil siyasət yürüdən və heç kimdən asılı olmayan dövlətlərdən biridir. Dünyada baş verən son hadisələr Azərbaycan üçün müstəqillik və dövlət suverenliyinin nə qədər vacib aspekt olduğunu bir daha nümayiş etdirir. Bakı-Tbilisi-Ceyhan layihəsi olmasa, Azərbaycan öz müstəqilliyini qoruya bilərdimi? Buna görə də yeni layihələr Azərbaycanın müstəqillik və suverenliyinin təmin edilməsində vacib rol oynayır”,- deyə səfir qeyd edib.
O, həmçinin vurğulayıb ki, ABŞ yaxın vaxtlarda Avropaya qaz nəqlinə başlamağı planlaşdırır.
“Lakin düşünmürəm ki, bu, Azərbaycanın öz enerji resurslarını Avropaya tədarükünə mənfi təsir göstərəcək, çünki biz Avropa ölkələrini böyük həcmdə enerji ehtiyatları ilə təmin etməliyik. Avropa Birliyi özünün enerji təhlükəsizliyinin təmin edilməsi üzərində ciddi işləyir”, - deyə o bildirib.
Səfir deyib ki, Amerika qazının və digər ölkələrin enerji ehtiyatlarının ixracı Avropanın enerji təhlükəsizliyini daha da gücləndirəcək.
“Bu baxımdan bu gün Rusiya və Ukrayna arasında yaranmış vəziyyəti unutmaq olmaz”, - deyə R.Morninqstar qeyd edib.
Amerikalı diplomat Azərbaycanda alternativ elektrik enerjisi mənbələrinin inkişafının vacibliyini vurğulayıb.
“Bəli, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngindir. Lakin Azərbaycanda günəş və küləyin bol olmasını da unutmaq olmaz. Buna görə də ölkə alternativ enerji ehtiyatlarının istifadə edilməsi istiqamətində işləri davam etdirməlidir”,- deyə səfir söyləyib.
Onun sözlərinə görə, bu, diversifikasiyanın təmin edilməsi və karbon tullantılarının azaldılması baxımından vacibdir.
“Bu, həmçinin kommersiya baxımından da cəlbedicidir. Alternativ enerji mənbələrinin inkişafı Azərbaycana dünya bazarlarına daha böyük həcmdə qaz ixrac etməyə, enerji resurslarının həcmini artırmağa kömək edəcək. ABŞ və digər dövlətlər Azərbaycanla bu istiqamətdə əməkdaşlıq etməlidirlər”,- deyə R.Morninqstar vurğulayıb.
Səfir yaxın gələcəkdə Azərbaycanda alternativ enerji istehsalının artırılacağına əminliyini ifadə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət