Milli Məclisin deputatı Asim Mollazadə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-cil hadisələri ilə əlaqədar erməni xalqına başsağlığı verməsini normal fakt hesab edir .
“Cənab Ərdoğanın bəyanatının erməni vətəndaşları və diasporu ilə bağlı olması ağlabatan deyil.Yəqin ki, bu beynəlxalq ictimaiyyətə yönəlmiş bir bəyanatdar, çünki belə bir qiymətləndirmə həqiqətə daha çox uyğundur”,- deyə A.Mollazadə “İnterfaks-Azərbaycan” agentliyinə bildirb.
Onun sözlərinə görə, baş nazirin bunu 2014-cü il avqustun 10-da keçiriləcək prezident seçkilərində erməni xalqının dəstəyini qazanması üçün etmiş olması da ağlabatan deyil.
“Birinci dünya müharibəsi idi, faciə olmuşdu, həmdə yalnız erməni xalqı üçün deyil, türklər və kürdlər üçün də faciə baş vermişdi.Müharibələrdə bu olur. Nəzərə alsaq ki, erməni hərbi qruplaşmaları Rusiya qoşunlarının tərkibində Türkiyənin dinc əhalisinə qarşı qırğın törətmişdilər, mən baş nazirin istənilən xalqın faciəsinə başsalığı verməsini mən müsbət və humanist fakt hesab edirəm.
O qeyd edib ki, bu dövrdə Cənubi Qafqazda da azərbaycanlılara qarşı kütləvi qətliamlar həyata keçirilib.
“Bu tarixi faktdır, və biz də istərdik ki, ən azından ermənilər I dünya müharibəsi zamanı azərbaycanlıların qətl edilməsinə, 100 il sonra törətdikıləri Xocalı soyqırımına görə üzr istəsinlər”,- deyə A.Mollazadə vurğulayıb.
“Ərdoğan faciə haqqında danışıb- bu tamamilə normaldır.Biz də Ermənistan tərəfinin üzr istəməsini gözləyirik”,- deyə parlamentari qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət