Aprelin 29-30-da Vaşinqtonda III Azərbaycan -Amerika qurultayı (US - Azerbaijan Convention 2014) keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin Beynəlxalq münasibətər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva məlumat verib.
“Qurultayda ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektri, o cümlədən Azərbaycan- Amerika münasibətlərinin inkişafında Bakının rolu müzakirə olunacaq. Tədbir çərçivəsində siyasi iqtisadi və digər sahələrdə əməkdaşlığa həsr olunmuş müxtəlif sessiyalar keçiriləcək”,- deyə o qeyd edib.
S.Fətəliyeva qurultayda “Azərbaycanda insan kapitalının inkişafı” mövzusunda çıxış edəcək.
Onun sözlərinə görə Milli Məclisin deputatları Səməd Seyidov, Asim Mollazadə , təhsil və maliyyə nazirləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycan nümayəndə heyətinin tərkibinə daxildir.
“US - Azerbaijan Convention” ilk dəfə 2012-ci ildə vaşinqtonda, ikinci dəfə 2013-cü ilin may ayında Azərbaycanda keçirilib.
“Tədbir Azərbaycan və ABŞ-ın qarşılıqlı əlaqələrinə, Bakının regionda roluna həsr olunur.İkitərfli əməkdaşlıq məsələlərinin geniş spektri müzakirə olunacaq”,- deyə Milli Məclisin deputatı A.Mollazadə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə “Azərbaycanda tolerantlıq” mövzusunda məruzə ilə çıxış edəcək.Bu barədə QMİ-dən məlumat verilib.
Qurultayda həmçinin Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr , Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev və Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete iştirak edəcəklər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət