2014-cü ilin əvvəlindən Azərbaycanın yollarında baş vermiş yol-nəqliyyat hadisələrində 79 nəfər həlak olub, bu isə 2013-cü ilin hesabat dövrü ilə müqayisədə 9 nəfər azdır. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov mətbuat konfransında bildirib.
“Cari ilin əvvəlindən Azərbaycanda 312 yol qəzası qeydə alınıb. Nəticədə 79 nəfər ölüb, 336 nəfər xəsarət alıb”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, yol qəzalarının qurbanlarının sayı 9 nəfər azalsa da, xəsarət alanların sayı 10 fakt artıb.
V.Əsədov qeyd edib ki, polisin potensialı yollarda qəzaların sayını minimuma qədər azaltmağa imkan verir, bunun üçün əsas şərt yol mədəniyyətinin olmasıdır.
“İlk növbədə yol mədəniyyətinin təbliği üzrə iş aparmaq lazımdır. Qəzalar, əsasən bu səbəbdən baş verir”, - deyə o qeyd edib.
V.Əsədovun sözlərinə görə, yol qəzaları əksər hallarda piyadaların yolu təyin olunmamış yerlərdə keçmələri, avtomobili idarə etmə zamanı telefon danışıqları, sürücülərin düzgün manevr etməməsi ilə əlaqədar baş verir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət