2014-cü ilin I yarısında Dövlət Neft Fondunun (ARDNF) aktivləri 4,86% - $37 mlrd. 622,4 mln.-a qədər artıb. Bu barədə fondun məlumatında deyilir.
“2014-cü ilin I yarısında fondun gəlirləri 6 mlrd. 493,6 mln. manat, xərcləri 5 mlrd. 163,1 mln. manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Fondun gəlirləri strukturunda neft və qaz müqavilələrinin həyata keçirilməsindən daxilolmalar 6 mlrd. 374,8 mln. manat, o cümlədən mənfəət nefti və qazının satışından 6 mlrd. 355,4 mln. manat, tranzit gəlirləri 4,4 mln. manat, bonus ödənişləri 13,3 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat təşkil edib.
Qeyd olunan dövrdə fondun vəsaitlərinin idarə olunmasından gəlirlər 118,8 mln. manat təşkil edib.
Hesabat dövründə fondun xərcləri strukturunda ən çox məbləğ - 4 mlrd. 883,8 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Bundan başqa, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 177,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 11 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 19,6 mln. manat, dövlətin mülkiyyətindən olan “Cənub Qaz Dəhlizi” QSC-nin səhmlərinin maliyyələşdirilməsinə 40 mln. manat vəsait ayrılıb. Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 26,2 mln. manat təşkil edib. Qalan vəsait digər məqsədlərə yönəldilib.
2014-cü ilin ilk altı ayı ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə fondun büdcədənkənar gəlirləri 6,5 mln. manat təşkil edib. Qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə ARDNF-in büdcədənkənar gəlirləri 78,1 mln. manat, ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə fondun büdcədənkənar xərcləri isə 71,6 mln. manat məbləğində olub.
Məlumatda o da qeyd olunur ki, 2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 iyul 2014-cü il tarixinə fond tərəfindən alınmış qızılın miqdarı 30 ton 175 kq təşkil edib.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
Neft Fondu rübdə bir dəfə gəlirləri və xərcləri barədə hesabat təqdim edir.
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət