Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz hesab edir ki, Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlığı regionu dünya birliyi üçün daha da cəlbedici edir.
“Üç ölkənin əməkdaşlığı regionu cəlbedici edir və bu cəlbedicilik hər gün daha da artır”, - deyə İ.Yılmaz çərşənbə axşamı Naxçıvan Muxtar Respublikasında üç ölkənin müdafiə nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bütün dünya Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrini, eləcə də Trans-Anadolu qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallaşdırılmasını diqqətlə izləyir.
“Əvvəlcə bəziləri bu layihələrin həyata keçirilməsini qeyri-mümkün hesab edirdi. Bu gün bu layihələrdən ikisi reallaşdırılıb, daha ikisi isə həyata keçirilmək üzrədir”,- deyə o bildirib.
Türkiyəli nazir söyləyib ki, üçtərəfli görüş zamanı, eləcə də təkbətək görüşlərdə Qafqazda sülh, sabitlik və inkişafın təmin edilməsi üçün qarşılıqlı dəstəyin davam etdirilməsinə dair vahid fikrə” gəlinib.
“Biz Azərbaycan və Gürcüstana bütün sahələrdə, o cümlədən müstəqillik və ərazi bütövlüyü məsələlərində dəstək olduğumuzu bir daha ifadə etdik və vurğuladıq ki, regionumuzda münaqişələrin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə tərəfdarıq”,- deyə İ.Yılmaz qeyd edib.
Onun sözlərinə görə, Naxçıvanda keçirilən görüşlərdə nazirlər birgə fəaliyyəti nəzərdən keçirib, regionda hadisələrin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Q.Hüseynova
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət