Bakı, Tiflis və Ankara arasında münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ilə görüşü zamanı bəyan edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, V.Talıbov Naxçıvan Muxtar Respublikası ilə Türkiyə və Gürcüstan arasında təhsil, səhiyyə, iqtisadiyyat və nəqliyyat sahələrində uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. O vurğulayıb ki, Bakı, Tiflis və Ankara arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır və üç ölkənin strateji maraqlarına uyğundur.
Ali Məclisin sədrinin sözlərinə görə, Naxçıvanın blokadada olmasına və düşmən Ermənistanla sərhəddə yerləşməsinə baxmayaraq, muxtar respublikada sosial-iqtisadi inkişaf davamlı xarakter daşıyır.
V.Talıbov Naxçıvan MR-in müdafiə potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri vurğulayıb. O qeyd edib ki, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və birləşmələrinin döyüş qabiliyyəti gücləndirilir, o cümlədən Heydər Əliyev adına Hərbi Liseydə ixtisaslı kadrlar hazırlanır.
Öz növbəsində Z.Həsənov Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşünün hərbi sahədə əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb.
İ.Yılmaz Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin qurulmasında beynəlxalq Moskva və Qars müqavilələrinin əhəmiyyətini vurğulayıb, son illər həyata keçirilən qarşılıqlı rəsmi səfərlərin siyasi, iqtisadi, təhsil və digər sahələrdə münasibətlərin inkişafına töhfə verdiyini bildirib.
Nazir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb və hərbi əməkdaşlıq sahəsində qarşılıqlı səylərin göstərildiyini qeyd edib.
İ.Alasaniya müdafiə nazirlərinin üçtərəfli görüşünün Bakı, Tiflis və Ankara arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bəyan edib. O vurğulayıb ki, hərbi sahədə əməkdaşlıq bu əlaqələrin davam etdirilməsində və regionda sülhə nail olunmasında mühüm rol oynayır.
R.Babayev
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət