Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluqda təqsirləndirilən bir qrup şəxsin işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü məhkəmədən məlumat verilib.
Məhkəmə müttəhimləri Cinayət Məcəlləsinin 214.2.3 (odlu silahdan, silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə təqsirli bilib.
2013-cü il noyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) mətbuat xidməti Azərbaycanda məscidi partlatmağı planlaşdıran dəstənin zərərsizləşdirilməsi barədə məlumat yayıb. Məlumata əsasən, MTN əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşları, 1973-cü il təvəllüdlü Nəriman Mirzəyev və 1987-ci il təvəllüdlü Mirzəhməd Rüstəmov insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə şübhəli şəxs qismində tutulublar.
2013-cü ilin oktyabr ayında "Facebook" sosial şəbəkəsində "Enekin Skayvoker" adı ilə qeydiyyatdan keçmiş istifadəçi səhifəsində hazırda Qusar rayonunda olan "əmir Fərman Çətin"in "Şeyx Mirzahmad al-Qusari"dən Azərbaycanda "cihad" etmək barədə fətva aldığına dair bəyanat yerləşdirilib. Bundan başqa, "Enekin Skayvoker" profilində əlində soyuq silah qismində olan bıçaq tutmuş Fərman Çətinin və Şeyx Mirzahmad Əl-Qusarinin birlikdə fotoşəkili də yayımlanıb. Həmin fotoşəklin altında isə Azərbaycanda dini nifrət və ayrıseçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə "cihad etmək haqda fətva", təhqir və hədə dolu digər ifadələrlə yanaşı, Bakıda fəaliyyət göstərən "Məşədi Dadaş" məscidinin axundu Şahin Həsənovun qətlə yetirilməsi barədə çağırışlar əksini tapıb.
Həyata keçirilmiş antiterror tədbirləri nəticəsində özünü "Fərman Çətin" kimi qələmə verən şəxsin Nəriman Mirzəyev, "Şeyx Mirzahmad Əl-Qusari"nin isə Mirzəhməd Rüstəmov olduqları müəyyən edilib.
Məlum olub ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə bir neçə şəxsin həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər. Onlar bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdiriblər. Onlar Bakı şəhəri, Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılması ücün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb.
Noyabrın 18-də Mirzəhməd Rüstəmov paytaxtın Səbail rayonu ərazisində saxlanılıb, daha sonra Nəriman Mirzəyev yaxalanıb. Keçirilmiş baxış nəticəsində Nəriman Mirzəyevin üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd "Makarov MP 371" siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, yaşadığı mənzildən 1 ədəd "Kalaşnikov" avtomat silahı, həmin silah üçün 1 daraq, 14 patron, 3 "F-1" tipli əl qumbarası və onlara aid 3 alışdırıcı, Mirzəhməd Rüstəmovun üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd "Makarov MP 371" siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, onun mənzilindən 2 "F-1" tipli əl qumbarası və onlara aid 2 alışdırıcısı aşkar olunaraq götürülüb.
Məhkəmə kollegiyası Nəriman Mirzəyevi 14, Mirzəhməd Rüstəmovu 4 il müddətinə azadlıqdan məhrum edib.
C.Həmidov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət