2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətdə müsbət saldosu $11 mlrd. 833 mln 81,77 min təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
DGK-nin məlumatına görə, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $26 mlrd. 556 mln. 794,81 min (azalma 7,78%) təşkil edib.
Bununla yanaşı, həmin dövrdə ixracın həcmi $19 mlrd. 194 mln. 938,29 min, idxalın həcmi $7 mlrd. 361 mln. 856,52 min təşkil edib. 2013-cü ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə ixrac 3,65% , idxal 17,06% azalıb.
İxracın strukturunda 84,89% neftin, 6,17% neft məhsullarının, 1,34% təbii qazın, 1,13% meyvə-tərəvəz məhsullarının, 0,14% çayın, 0,84% bitki və heyvan mənşəli yağların, 1,01% qəndin, 0,15% spirtli və spirtsiz içkilərin, 0,3% kimya məhsullarının, 0,68% plastmas və ondan hazırlanan məmulatların, 0,07% pambıq lifinin, 0,19% qara metal və ondan hazırlanan məmulatların, 0,37% alüminium və ondan hazırlanan məmulatların payına düşüb.
İdxalın strukturunda 11,45% ərzaq məhsullarının, 4,44% tütün və tütün məhsullarının, 1,31% sementin, 2,59% əczaçılıq məhsullarının, 2,69% plastmas və ondan hazırlanan məmulatların, 1,47% odun və agac məhsullarının, 10,5% qara metal və ondan hazırlanan məmulatların, 27,95% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 8,65% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,17% mebelin payına düşüb.
Hesabat dövründə xarici ticarət əməliyyatlarında 3 489 dövlət və özəl müəssisə və 2 177 fiziki şəxs iştirak edib.
Yanvar-oktyabr aylarında Azərbaycan 146 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Hesabat dövründə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 22,78%-i), İndoneziya (10,14%), Almaniya (8,91%), İsrail (7,49%) və Fransa (7,18%), əsas idxal əməliyyatlarını isə Rusiya (14,1%), Türkiyə (14,08%), Böyük Britaniya (11,35%), Almaniya (7,49%) və Çinlə (7,19%) həyata keçirib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət