Ermənistan tərəfindən məqsədyönlü təxribat əməlləri vasitəsilə vəziyyəti gərginləşdirmək, münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirmək və işğal və təcavüz əsasında yaranmış mövcud status-kvonu saxlamaq siyasəti yürüdülür. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhində deyilir.
“Siyasi, iqtisadi, demoqrafik və sosial böhran şəraitində olan Ermənistan bu kimi əməlləri ilə ölkə ictimaiyyətinin diqqətini kəskin ölkədaxili problemlərdən yayındırmaq məqsədini güdür”, - deyə XİN rəsmisinin bəyanatında qeyd olunur.
Onun sözlərinə görə, cəbhəyanı zonada gərginliyin, insan tələfatının və digər bu kimi halların baş verməsinin səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğudur.
“Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın işğalçı qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”, - deyə H.Hacıyev vurğulayıb.
XİN rəsmisi bəyan edir ki, Ermənistanın destruktiv siyasətinə və məqsədyönlü təxribatçı əməllərinə son qoymaq və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını təmin etmək üçün Ermənistana münasibətdə məcburedici tədbirlərin görülməsi, o cümlədən BMT nizamnaməsində nəzərdə tutulan sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət