Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyutanın kursunun saxlanması üçün 2014-cü ilin dekabr ayında valyuta bazarında $1 mlrd. 127 mln. məbləğində xarici valyuta satıb. Bu barədə bankın məlumatında deyilir.
“2014-cü ilin yanvar-noyabr aylarında valyuta bazarında təklif tələbi üstələyib.
“2014-cü ilin 11 ayı ərzində manatın məzənnəsinin ABŞ dollarına qarşı kəskin bahalaşmasının qarşısını almaqdan ötrü valyuta bazarında təklifin tələbi üstələməsini nəzərə alaraq $1 mlrd. 270 mln. məbləğində alış yönlü müdaxilə edilib”,- deyə məlumatda bildirilir.
Məlumata əsasən, dekabr ayında qonşu ölkələrdə, xüsusilə Rusiya Federasiyasında valyuta bazarında baş verən böhran nəticəsində rublun kəskin ucuzlaşması qonşu olkələin iqtisadiyyatına mənfi təsir göstərib. “Nəticədə 2014-cü ilin dekabr ayının ortalarında ABŞ dollarına tələbat yaranıb və bazarda yaranan yeni durumu tənzimləmək üçün öz funksiyasına uyğun olaraq Mərkəzi Bank bazara qeyri-nağd və nağd şəkildə $1 mlrd. 127 mln.məbləğində satış yönlü müdaxilə edib”,- deyə məlumatda qeyd olunur.
Nəticədə manatın sabitliyi qorunub, valyuta ehtiyatlarının həcmi isə xalis olaraq $ 143 mln. məbləğində artımda qalıb.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının ümumi həcminin statistik azalması isə valyuta ehtiyatlarının idarə edilməsi strategiyasına uyğun olaraq valyuta diversifikasiyasından irəli gələn amillərlə bağlıdır. Belə ki, valyuta ehtiyatları Mərkəzi Bankın investisiya strategiyasına uyğun olaraq ABŞ dolları ilə yanaşı, əsasən avro və ingilis funt sterlinqi olmaqla müxtəlif sərbəst dönərli valyutalara diversifikasiya olunaraq idarə olunur”, - deyə məlumatda qeyd edilib.
“Məhz buna görə də ABŞ dollarının bu valyutalara qarşı möhkəmlənməsi təbii olaraq ABŞ dollarında yenidənqiymətləndirmə nəticəsində ehtiyatların nisbi dəyərinin dəyişməsinə və 2014-cü il üçün valyuta ehtiyatlarının həcminin azalmasına gətirib çıxarır”, - deyə bildirilir.
Xəbər verildiyi kimi, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 2014-cü il dekabrın 31-nə 2,78% - $13 mlrd. 758,3 mln.-a qədər azalıb. Bununla yanaşı, 2014-cü ilin dekabr ayında valyuta ehtiyatları $1 mlrd. 238 mln. və ya 8,26% azalıb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət