2014-cü ildə Azərbaycanın xarici ticarətdə müsbət saldosu $12 mlrd. 640 mln. 912,01 min təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 4,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumata görə, 2014-cü il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi $31 mlrd. 16 mln. 305,75 min (azalma 10,58%) təşkil edib.
Bununla yanaşı, hesabat ili ərzində ixracın həcmi $21 mlrd. 828 mln. 608,88 min, idxalın həcmi $9 mlrd. 187 mln. 696,87 min təşkil edib. 2013-cü ilin göstəricisi ilə müqayisədə ixrac 8,95%, idxal 14,22% azalıb.
İxracın strukturunda 84,32% neftin, 6,25% neft məhsullarının, 1,4% təbii qazın, 1,33% meyvə-tərəvəz məhsullarının, 0,14% çayın, 0,87% bitki və heyvan mənşəli yağların, 1,01% qəndin, 0,15% spirtli və spirtsiz içkilərin, 0,35% kimya məhsullarının, 0,72% plastmas və ondan hazırlanan məmulatların, 0,06% pambıq lifinin, 0,2% qara metal və ondan hazırlanan məmulatların, 0,4% alüminium və ondan hazırlanan məmulatların payına düşüb.
İdxalın strukturunda 11,57% ərzaq məhsullarının, 4,35% tütün və tütün məhsullarının, 1,16% sementin, 2,46% əczaçılıq məhsullarının, 2,63% plastmas və ondan hazırlanan məmulatların, 1,4% odun və agac məhsullarının, 11,05% qara metal və ondan hazırlanan məmulatların, 28,12% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 9,16% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,25% mebelin payına düşüb.
Hesabat ilində xarici ticarət əməliyyatlarında 3 727 dövlət və özəl müəssisə və 2 645 fiziki şəxs iştirak edib.
2014-cü ildə Azərbaycan 150 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Ötən il Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 22,02%-i), İndoneziya (9,22%), Almaniya (8,82%), İsrail (8,09%) və Fransa (6,98%), əsas idxal əməliyyatlarını isə Rusiya (14,31%), Türkiyə (14%), Böyük Britaniya (10,65%), Almaniya (7,66%) və Çinlə (7,59%) həyata keçirib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət