2014-cü ildə dünya bazarında Azərbaycan neftinin ümumi ixrac həcmi 35,2 mln. ton təşkil edib. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin meneceri AdilAbışov cümə günü Bakıda Beynəlxalq Xəzərneft-qaz,ticarət-nəqliyyat konfransında çıxışı zamanı bildirib.
“Bu həcmin 24,5 mln. tonu SOCAR tərəfindən ixrac edilmiş neftin payına düşüb. Beləliklə, Azərbaycan neftinin ümumi ixrac həcmində ARDNŞ-in payı təxminən 70% təşkil edir”, - deyə A.Abışov qeyd edib.
Onun sözlərinə görə, hazırda ixrac edilən Azərbaycan neftinin 82%-i Bakı-Tbilisi-Ceyhan, 12%-i Bakı-Supsa , 3%-i Bakı-Novorossiysk neft kəmərlərinin, 3%-i Bakı-Batumi dəmir yolu ilə daşımaların payına düşür.
“Azərbaycan nefti dünyanın 30 ölkəsinə nəql edilir. Bununla yanaşı, neftin nəql edildiyi ölkələrin coğrafiyası daima genişlənir. Əgər bir neçə il əvvəl Aralıq dənizi ölkələrinə Azərbaycan neftinin ixrac həcmi 10-15% təşkil edirdisə, indi bu göstərici 40-45% təşkil edir. Avropada Azərbaycan neftinin ən iri idxalçıları İtaliya, Fransa və Almaniyadır”,- deyə o qeyd edib.
A.Abışov söyləyib ki, Azərbaycan neftinin Asiyaya ixracı da artıb. “SOCAR-ın neft məhsullarının Əfqanıstan və Asiyaya ixrac üzrə mövqeyi də güclüdür. Ümumilikdə SOCAR-ın neft məhsullarının 20%-i Asiya regionunun payına düşür. Bundan başqa, neft məhsullarının Gürcüstana tədarük həcmi artıb. SOCAR-ın neft məhsullarının ixrac həcminin 12%-i bu ölkənin payına düşür”,- deyə o qeyd edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət