“Aqrolizinq” ASC-nin Gəncə Regional Təchizat Bazasında daha 23 fermer traktorla təmin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Paylanan traktorların 4-ü şəhid ailələrinə təqdim olunub. Texnikanın dəyərinin 40%-i dövlət hesabına, qalanı isə uzun müddətli kreditlə ödənilir”, – deyə "Aqrolizinq"in sədri Elşən Məmmədov bildirib.
Onun sözlərinə görə, traktorların dəyərinin 60%-nin ilkin olaraq verilməsi isə vəsaitin yenidən dövriyyəyə buraxılması ilə bağlıdır.
“Kənd təsərrüfatı texnikalarını lizinq yolu ilə əldə etmə qaydaları daha da sadələşdirilir. Belə ki, aldığı traktorun dəyərinin 60%-ni ödəmiş olan fermer, növbədənkənar təkrar traktor əldə edə bilər. Hazırda dövlətin bu güzəştlərindən yararlanmaq üçün fermerlər müraciətlərini onlayn formada həyat keçirə bilirlər”, – deyə E.Məmmədov qeyd edib.
Bu günə qədər 500-ə yaxın traktor paylanıb. İlin sonuna kimi daha 600-dək traktorun fermerlərə təqdim olunacağı gözlənilir.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət