Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov qeyd edib ki, NDU-da idarəetmə sistemi və tədris prosesi yüksək texnologiyalar əsasında qurulub. Universitetdə 42 elektron lövhə, 750-yə yaxın kompüter və 15 elektron kürsü quraşdırılıb.
“Azərbaycan prezidenti İlham Əliyev informasiya texnologiyalarının inkişafını əsas sahə elan edib”, - deyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov konfransda çıxışında qeyd edib. Onun sözlərinə görə, Naxçıvan MR blokada şəraitində yaşamasına baxmayaraq, burada informasiya-kommunikasiya texnologiyaları infrastrukturu ilbəil müasirləşdirilir.
“Yaşayış məntəqələrində yeni nəsil telekommunikasiya sistemlərinin qurulması rabitə xidmətlərinin səviyyəsini artırıb, mövcud avtomat telefon stansiyalarının 96%-i fiber-optik arabağlantı ilə təmin edilib. Bu gün Naxçıvan şəhərində də, ən ucqar dağ kəndində də əhali və təhsilalanlar informasiya-kommunikasiya texnologiyalarının imkanlarından eyni səviyyədə yararlanırlar. Artıq Naxçıvan informasiya blokadasından çıxmış, genişzolaqlı və simsiz internetdən istifadə insanların gündəlik həyat tərzinə çevrilib”, - deyə Ali Məclisin sədri bildirib. O vurğulayıb ki, hazırda Naxçıvanda sürətlə kompüterləşmə gedir. Yaşayış məntəqələrinin 94%-də genişzolaqlı, 80%-dən çoxunda isə simsiz internet xidmətləri göstərilir. V.Talıbovun sözlərinə görə, təhsil sahəsində informasiya texnologiyalarının tətbiqi cəmiyyətin intellektual inkişafının başlıca şərtidir.
“Naxçıvan Muxtar Respublikasında elektron təhsilin inkişafı sahəsində görülən işlər də məhz bu məqsədə xidmət edir. Muxtar respublikanın ali, orta ixtisas, peşə və ümumtəhsil məktəblərində elektron tədrisdən istifadə təmin edilib, təhsil müəssisələrində 5 minə yaxın kompüter, 650-dən çox elektron lövhə quraşdırılıb, sürətli internetə çıxış imkanı yaradılıb, distant təhsil şəbəkəsi qurulub”, - deyə Ali Məclisin sədri vurğulayıb. O qeyd edib ki, elektron təhsil sisteminin formalaşdırılması mürəkkəb və çoxşaxəli prosesdir. Ona görə ki, informasiya texnologiyaları daim inkişafdadır. Bu inkişafla ayaqlaşmaq və dünya təcrübəsindən yararlanmaq isə qarşıda duran əsas vəzifədir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə konfransda çıxışı zamanı deyib ki, “Elektron Azərbaycan”ın tərkib hissəsi olan “Elektron Naxçıvan” 10 il ərzində böyük inkişaf yolu keçib, informasiya cəmiyyətinin formalaşmasında yeni mərhələ olub. O qeyd edib ki, hazırda muxtar respublikada bütün sahələrdə keyfiyyətli informasiya-kommunikasiya texnologiyaları infrastrukturu yaradılıb. Bu gün Naxçıvan Muxtar Respublikası intellektual potensialına və informasiya-kommunikasiya texnologiyalarının infrastruktur göstəricilərinə görə ölkəmizdə yüksək göstəriciyə malikdir.
Konfransda bir sıra yerli və xarici elmi-tədqiqat müəssisələri və universitetləri ilə videobağlantı yaradılıb.
Q.Hüseynova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət