2015-ci ilin I yarısı ərzində dövlət büdcəsinin kəsiri 771 mln. manat və ya hesabat dövründə büdcə xərclərinə qarşı 9% təşkil edib.
“2015-ci ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin gəlirləri 7 mlrd. 807 mln. manat, xərcləri 8 mlrd. 578 mln. manat təşkil edib”, - deyə maliyyə naziri Samir Şərifov Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
S.Şərifovun çıxışının mətni çərşənbə axamı rəsmi mətbuatda dərc olunub.
Maliyyə naziri vurğulayıb ki, I yarımillikdə mədaxil üzrə proqnoz 101,2%, xərclər üzrə proqnoz 85% icra olunub.
Büdcə gəlirləri strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 3 mlrd. 329 mln. manat (plan 100,2% icra olunub), Dövlət Gömrük Komitəsinin xətti ilə - 765 mln. manat (100,3% icra olunub) təşkil edib.
Dövlət Neft Fondundan transfertlər 3 mlrd. 562 mln. manat, qalan gəlirlər 152 mln. manat təşkil edib.
Dövlət büdcəsinin xərcləri strukturunda sosialyönümlü xərclər 2 mlrd. 25 mln. manat təşkil edib (xüsusi çəki 23,6%-dir).
S.Şərifov vurğulayıb ki, hesabat dövründə dövlət büdcəsinin investisiya xərcləri 3 mlrd. 102 mln. manat təşkil edib. Həmin vəsaitin 1 mlrd. 656 mln. manatı sosial layihələrin, 1 mlrd. 150 mln. manatı infrastruktur layihələrin maliyyələşdirilməsinə yönəldilib, qalanı digər məqsədlərə sərf olunub.
Onun sözlərinə görə, 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycan prezidenti regionlarda abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi və digər məqsədlərə dövlət büdcəsindən 74 mln. manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalayıb.
Maliyyə naziri əlavə edib ki, birinci yarımillikdə dövlət büdcəsinin kəsiri 771 mln. manat təşkil edib. “Hesabat dövründə dövlət büdcəsinin kəsiri 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş profisit hesabına maliyyələşib, 1 yanvar 2015-ci il tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 771 mln. manat bu məqsədə yönəldilib”, - deyə S.Şərifov bildirib.
Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, xərcləri 21 mlrd. 100 mln. manat səviyyəsində təsdiq edilib. Kəsir 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,8%-i səviyyəsində proqnozlaşdırılır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət