Dağlıq Qarabağla bağlı mövcud status-kvo Avropa İttifaqını qane etmir. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında çıxışı zamanı bəyan edib.
“Dağlıq Qarabağla bağlı status-kvo qəbuledilməzdir və münaqişənin danışıqlar, tərəflərin dözümlülüyü və kompromisə gəlməsi vasitəsilə ədalətli şəkildə və sülh yolu ilə həll edilməsinə ciddi ehtiyac duyulur. Avropa İttifaqı bu münaqişənin nizamlanması üçün təsis edilmiş beynəlxalq səviyyədə format olan ATƏT-in Minsk qrupunun fəaliyyətini və bu münaqişənin nizamlanması üçün Minsk qrupunun həmsədrləri olan ölkələrin prezidentləri tərəfindən irəli sürülmüş sülh üçün zəmin yaradan prinsipləri və münaqişənin nizamlanması elementlərini dəstəkləyir”,- deyə o bildirib.
O, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyirik. Münaqişənin nizamlanması fəaliyyətimizin prioriteti olmalıdır. Biz ATƏT çərçivəsində həyata keçirilən Minsk prosesini dəstəkləyirik”,- deyə o qeyd edib.
“Mənim üçün və Avropa İttifaqı üçün status-kvonun qəbuledilməzliyi aydındır. İki gün bundan əvvəl mən bu məsələ ilə bağlı mövqeyimi Yerevanda aydın bildirdim. Bizə sözsüz ki, münaqişənin sülh yolu ilə həll olunması lazımdır, alternativ yoxdur”,- deyə o bildirib.
O, tərəfləri hərbi gücdən və təhdidlərdən uzaq durmağa çağırıb.
“Düşünürəm ki, bu gün biz nəinki təkcə hərbi gücdən çəkinməliyik, o cümlədən radikal bəyanatlardan, təcavüzkar ritorikadan uzaq durmalıyıq. Bu sözləri hər iki tərəfə şamil edə bilərəm. Burada söhbət təkcə Dağlıq Qarabağ münaqişəsindən getmir, Avropaya yaxın ərazilərdə, eləcə də bütün dünyada siyasətçilər bu ritorikadan uzaq durmalıdırlar və hesab edirəm ki, bu, onların üzərində olan öhdəlikdir. Çünki müharibə və qaynar münaqişələr bizə lazım deyil. Bu növ siyasətin və təcavüz ideologiyasının ola bilsin ən aydın və ən pis nümunəsi Ukraynadakı vəziyyətdir”,- deyə o qeyd edib.
“Dağlıq Qarabağla bağlı status-kvo qəbuledilməzdir və münaqişənin danışıqlar, tərəflərin dözümlülüyü və kompromisə gəlməsi vasitəsilə ədalətli şəkildə və sülh yolu ilə həll edilməsinə ciddi ehtiyac duyulur”,- deyə D.Tusk vurğulayıb.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət